Mənzurə Musayeva tanınmış həkimdən şikayətçidir: Sifətimin bir tərəfini dartıb, birini boşaldıb
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müğənni Mənzurə Musayeva "Funda Hospital"ı məhkəməyə verəcək.
Milli.Az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya açıqlamasında müğənninin özü məlumat verib.
Sənətçi bildirib ki, bir müddət öncə sözügedən klinikada əməliyyat olunub:
"Amma əməliyyat uğursuz alınıb. Məni Məhəmməd Poluxov bu günə salıb. Əməliyyatdan sonra özümü tanıya bilmirəm. Gedib deyirəm ki, pulumu qaytar, qaytarmır. Deyir, əməliyyatı etmişəm, daha nə pul? Pis günə salıb məni. Sifətimin bir tərəfini dartıb, birini boşaldıb. Camaatı aldadır, yalandan deyir ki, üzgərmə əməliyyatı edirəm. Amma əslində, üzə sap atır. Gəlin üzümə baxın, görün nə haldayam. Sifətimin bir tərəfi dartılı qalıb. Heç zaman buxağım olmayıb. Əməliyyatdan sonra buxaq çıxardıb mənə. Pulu tələb edirəm, deyir, gəl, yenidən əməliyyat edim. Yeddi minə yaxın pul vermişəm. Köməkçisi ilə əlaqə saxlayıram. İndi gedirəm mərkəzin direktorunun yanına, onunla danışacağam".
Mənzurə Musayeva vurğulayıb ki, əgər pulunu qaytarmasalar, hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 06 May 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















