Icma.az
close
up
RU
Meqa Sığorta şirkətinin saxtakarlığı üzə çıxdı... AB.ERON SAKİNİNİNDƏN ŞOK AÇIQLAMA

Meqa Sığorta şirkətinin saxtakarlığı üzə çıxdı... AB.ERON SAKİNİNİNDƏN ŞOK AÇIQLAMA

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşayan Hacıyev Mehman Mahmud oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına məktub daxil olub. Məktubu olduğu kimi dərc edirik:

“Mən, Hacıyev Mehman Mahmud oğlu, yazaraq qarşılaşdığım haqsızlıqları diqqətinizə çatdırmaq istəyirəm.

Bildirim ki, 40 ilə yaxındır avtomobil idarə edirəm. Bu 40 ildə bir dəfə də olsun nə qəza törətmişəm, nə də adıma bir bal belə, cərimə yazılıb.

21.05.2025-ci il tarixində növbəti icbari sığorta müqaviləsi bağlamaq üçün "Meqa Sığorta" şirkətinə müraciət etdim. Mənə 150 AZN rüsum ödəməli olduğumu bildirdilər. Etirazımı bildirdikdə isə dedilər ki, keçən il 77 PC 480 nömrəli "Saipa" markalı avtomobilinlə qəza törətmisən, o səbəbdən sənin cərimə balın 2 dəfədən çox artıb. Dedim ki, mənim o nişanda avtomobilim yoxdur. Amma mən dedim, mən də eşitdim.

Hüquqlarımı bərpa etmək üçün Qobu Polis bölməsinə müraciət etdim. Məlum oldu ki, avtomobil "Atlas Cras" şirkətinə məxsusdur və hansısa maraq xatirinə mənim sığortamdan istifadə ediblər. Yəqin  fikirləşiblər ki, 70 yaşlı adamdır, nə biləcək.

İş polisə düşəndən sonra başladılar mənə yalvarmağa. Hətta 150 AZN rüsumu da özləri ödədilər. Adıma bağlanılan saxta müqaviləni də sizə təqdim edəcəyəm. Müqavilədə qeyd olunan telefon nömrəsi də sənəd kimi saxtadır.

Bu məlumatı paylaşmaqda məqsıdim odur ki, belə hallarla rastlaşan şəxslər dərhal polisə müraciət etsinlər, həmin məbləği ödməsinlər".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 İyun 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri