Meqan Markl 7 illik fasilədən sonra aktyorluq karyerasını bərpa edir
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sasseks hersoqinyası Meqan Markl şahzadə Harri ilə evləndikdən sonra ilk dəfə kino sahəsinə qayıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.
Bildirilir ki, Meqan "Amazon” studiyasının "Yaxın şəxsi dostlar” adlı yeni filminin çəkiliş meydançasında görülüb. İddialara görə, hersoqinya bu filmdə özünü canlandıracaq.
"Meqan bu gün çəkiliş meydanında idi. Onun kiçik rolu var. O, çox rahat və xoşbəxt görünürdü. Hər kəslə tanış oldu və olduqca nəzakətli idi”, deyə mənbə bildirib.
Məlumata görə, filmdə onunla birlikdə Lili Kollinz, Bri Larson, Cek Kueyd və Henri Qoldinq də rol alacaq. Filmin nə vaxt nümayiş olunacağı isə hələ açıqlanmayıb.
"Bu, Meqan üçün çox önəmli məqamdır - o, həqiqətən sevdiyi işə qayıdır. Ona çoxlu təkliflər gəlib, lakin məhz bu layihə ona doğru seçim kimi görünüb", deyə mənbə əlavə edib.
Xatırladaq ki, şahzadə Harri ilə nişanlandıqdan sonra Meqan Markl kinodan uzaqlaşmışdı. Onun ən məşhur rolu "Suits” ("Fors-majorlar”) serialındakı Reyçel Zeyn obrazıdır. Məlumatlara görə, hazırda Harri həyat yoldaşının aktyorluğa qayıtmaq qərarını tam dəstəkləyir.
Aydın
Baxış sayı:105
Bu xəbər 06 Noyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















