Meqan Markl ikonik film roluna qayıda bilər
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Susseks hersoginyası Meqan Marklın aktyorluq karyerasına qayıda biləcəyi ilə bağlı xəbərlər yayılıb.
Ölkə.az xəbər verir ki, bu barədə "Mirror” nəşri yazır.
Məlumata görə, o, "Suits” ("Fors-majorlar”) serialındakı məşhur Reyçel Zeyn roluna qayıtmaq ehtimalı ilə gündəmdədir. Markl bu serialda 2011–2018-ci illər arasında çəkilib.
Televiziya sahəsindəki mənbələr iddia edir ki, layihənin yaradıcıları serialın hazırkı populyarlığından istifadə edərək yenidən ekranlaşdırma və ya xüsusi layihə hazırlamağı planlaşdırırlar. Meqan Markla həmçinin icraçı prodüser kimi də təklif irəli sürülə biləcəyi bildirilir.
Qeyd olunur ki, "Suits” serialı hazırda da "Netflix” və "Peacock” kimi platformalarda geniş izləyici auditoriyasına malikdir və əsasən Reyçel Zeyn obrazının populyarlığı ilə maraq doğurmağa davam edir.
Prodüser və ssenarist Aaron Korşun "Universal Pictures” rəhbərliyi ilə danışıqlar apardığı iddia olunsa da, hələlik rəsmi təsdiq yoxdur.(qaynarinfo)
Baxış sayı:173
Bu xəbər 11 May 2026 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















