Icma.az
close
up
RU
Məqsəd daha çox subyektə qrant verməkdir Rəşad Əzizov

Məqsəd daha çox subyektə qrant verməkdir Rəşad Əzizov

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu sözləri Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov deyib. O qeyd edib ki, son illərdə mədəni və yaradıcı sənayenin inkişafı dövlət siyasətinin diqqət mərkəzindədir. “Bu prosesə Prezident Fərmanı ilə 2022-ci ildə təsdiq olunan “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində başlanılıb. Son üç il ərzində bu istiqamətdə böyük nəticələr əldə olunub. Belə ki, 2022-ci ildə mədəni və yaradıcı sənayenin ümumi daxili məhsuldakı payı 0,6 faiz idisə, strategiyanın icrası nəticəsində ötən il bu rəqəm 1 faizə qalxıb. Mədəni və yaradıcı sənayenin ÜDM-dəki payının böyüməsi həm məşğulluğun artmasına, həm də bəzi digər makroiqtisadi göstəricilərin yaxşılaşmasına töhfə verib. Ötən il Nazirlər Kabinetinin qərarı ilə mədəni və yaradıcı sənayelərin təsnifatı qəbul edilib. Bu il edilən dəyişikliklər ilə “mədəni və yaradıcı sənaye” anlayışı “Mədəniyyət haqqında” qanunda əksini tapıb. Bununla da sözügedən sahədə dayanıqlı islahatların aparılması üçün yeni imkanlar yaranır, fundamental hüquqi əsas formalaşır”, deyə R.Əzizov əlavə edib.
Baş direktor qeyd edib ki, məqsədlərdən biri gələcəkdə bu sahədə fəaliyyət göstərən fərdlərə və kommersiya şirkətlərinə müvafiq qrantların təqdim olunması üçün əsasın yaradılmasıdır. “Mədəni və yaradıcı sənaye sahəsində qrantların verilməsi ilə bağlı qaydaların qəbulu Nazirlər Kabinetinə, icrası isə Mədəniyyət Nazirliyinə həvalə edilir. Eyni zamanda, bu sahədə investisiya layihələri üzrə səlahiyyətlər artıq Mədəniyyət Nazirliyinin əsasnaməsində əksini tapıb.
Mədəni və yaradıcı sənaye hazırda ölkədə ən dinamik inkişaf edən sahələrdən biridir. Dövlət bu sahədə tənzimləmə funksiyasını artırmaqla kiçik və orta sahibkarlığı təşviq edir, eyni zamanda, daxildə formalaşan məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artırılmasına diqqət yetirir. Nəticədə ixraca fokuslanan yeni layihələr həyata keçirilir. Bu sahədə insan kapitalının artırılması böyük əhəmiyyət daşıyır. Bu məqsədlə müvafiq bacarıqların inkişafına yönəldilmiş layihələr həyata keçirilir. Mədəniyyət Nazirliyi tərəfindən bu məqsədlə xüsusi təqaüd proqramları təsis olunub və hər il göstəricilər artmaqdadır. Strategiyanın icrası çərçivəsində Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi yaradılıb. Bu mərkəzin daxilində yeni startaplar qurulub, onların bir qismi KOBİA-nın şəhadətnaməsini alıb. Bundan başqa, müxtəlif yaradıcı təlimlər təşkil olunub, onları başa vuran 700-dən çox şəxs müvafiq bacarıqların artırılması ilə bağlı sertifikatlaşdırılıb”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azvision.az
archiveBu xəbər 01 May 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri