Icma.az
close
up
RU
“Məqsəd dayanıqlı enerji təminatını qorumaqdır”

“Məqsəd dayanıqlı enerji təminatını qorumaqdır”

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Ənənəvi enerji mənbələri ilə bərpa olunan enerji mənbələrini birləşdirmək lazımdır”​.

“Qafqazinfo” “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası” tədbirində “Azərenerji” ASC-nin sədr müavini Rüstəm Qasımov deyib.

O qeyd edib ki, bunu yalnız düzgün rəqəmsal infrastruktur, kommunikasiya platformaları vasitəsilə idarə etmək mümkündür: “Hazırda dünyada mövcud olan ən müasir SCADA sistem modellərindən biri artıq “Azərenerji”nin istifadəsindədir. Sistem yaxın zamanda yenilənib. Bu, sadəcə Azərbaycanın elektrik şəbəkəsinin idarə olunması və monitorinqi deyil. Sistem eyni zamanda enerji şəbəkəsinin modelləşdirilməsi, rəqəmsal analizi ilə bağlı 18 müxtəlif alətdən ibarətdir. Bizim üçün tamamilə yeni texnologiya olan WAMS (Wide Area Monitoring and Recording System), yəni genişmiqyaslı monitorinq və qeydiyyat sistemi də tətbiq olunur. Bu sistem əsasən bərpa olunan enerji mənbələrinin daha idarəolunan formaya gətirilməsi üçün hazırlanıb. Monitorinq sistemi artıq təhvil verilib və işlək vəziyyətdədir. Genişmiqyaslı idarəetmə sistemi isə hazırda istismara verilmə mərhələsindədir”.

O bildirib ki, çoxlu bərpa olunan enerji mənbələrinə malik istənilən enerji şəbəkəsi üçün ən vacib və ən çətin məsələlərdən biri hava proqnozlaşdırılmasıdır: “Hazırda “Azərenerji” öz günəş və külək enerjisi proqnozlaşdırma sistemini yaradır. Bu sistem dispetçerlərə bərpa olunan enerji mənbələrindən gələcək enerji həcmlərini öncədən proqnozlaşdırmağa imkan verəcək.

Belə kombinə olunmuş enerji şəbəkəsi düzgün monitorinq, analiz mərkəzi tələb edir. Hazırda enerji sisteminin monitorinqi, analizi, məlumatların toplanması, emalı üçün bizə dəstək verən təxminən 32 proqram paketi mövcuddur.

Bütün bunların məqsədi dayanıqlı enerji təminatını qorumaqdır. Növbəti əsas hədəfimiz isə bütün bu proqram təminatlarını, monitorinq cihazlarını vahid platformada birləşdirməkdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 May 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri