Icma.az
close
up
RU
Məqsəd dövlətçiliyimizə və milli dəyərlərimizə zərbə vurmaqdır

Məqsəd dövlətçiliyimizə və milli dəyərlərimizə zərbə vurmaqdır

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Biz xaricdəki anti-milli ünsürlərin və müxtəlif düşmən qüvvələrin davamlı olaraq Azərbaycan dövlətinə və onun Prezidentinə qarşı şər və böhran, qarayaxma kampaniyalarının şahidi olmuşuq.
Son dövrlərdə isə süni intellekt texnologiyaları sayəsində daha da artan bu cür feyk materialların və qərəzli kiber-montajların yayılmasında başlıca məqsəd nüfuzlu şəxsiyyətləri, tanınmış ictimai xadimləri, dövlətimizin güclənən beynəlxalq mövqeyini gözdən salmaqdır. Bunu təkcə Azərbaycanda deyil, başqa ölkələrin yüksək nüfuz sahiblərinə qarşı feyk-infolarda da görmək mümkündür.
Xüsusilə də, Cənab Prezidentimizin ailə üzvlərinə qarşı yönəlmiş bu kiberdələduzluq və şantaj təşviqatının əsas məqsədi Azərbaycan Prezidentinin dünyada artan sarsılmaz nüfuzu, qətiyyətli lider kimi beynəlxalq birlikdə qəbul edilməsindən doğan qısqanclıq, gözügötürməzlikdir.
Cənab İlham Əliyev qlobal miqyasda sülhə və əmin-amanlğın möhkəmlənməsi yönündə iradəli lider kimi tanınır , öz mövqeyini sərrast bəyan edir, Azərbaycanın heç kimdən asılı olmadığını və əzmakr siyasət yürütdüyünü əməli ilə təsdiqləyir. Onun Zayed İnsan Qardaşlığı sülh Mükafatı ilə təltif edilməsi Onun bəşəri lider olması göstərir.
Eləcə də, Azərbaycan dövləti regionun sabitlik və barışdırıcı missiyası ilə nümunədir, qlobal forumlar Bakıda keçirilir. Bu və digər geosiyasi amillər fonunda Prezidentin daha da möhkəmlənən xarizmatik liderliyi bəzi xarici qüvvələri və onların əlaltılarını narahat edir, dövlət başçısının ailəsinə qarşı kibercinayətkar şəbəkənin maliyyəsi və sifarişi ilə şantaja əl atırlar. Ancaq bunların da təşkilatçıları çox keçmir ki, ifşa olunur. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilmiş əməliyyat nəticəsində Prezident ailəsinə qarşı şantaj xarakterli fəaliyyətlə məşğul olan şəxsin saxlanılması bunun konkret faktoloji təsdiqidir.
Bu, Alyona xanım Əliyeva haqqında yayılan feyk yazıların bir mərkəzdən təşkil və idarə olunduğunu təsdiq edir. Cinayətkar şəbəkənin üzvü də etiraf edir ki, onlar xaricdəki müxtəlif təxribatçı və antiazərbaycan qüvvələr tərəfindən verilən pul müqabilində bu cür dezinformasiya propaqandasına cəlb olunublar.
Sözsüz ki, bu cür ucuz kampaniya heç vaxt əsil həqiqətləri, ictimai xadim olan Alyona Əliyevanın humanist obrazına zərrə qədər təsir edə bilməz. Azərbaycan cəmiyyəti milli dəyərlərimizə, adət-ənənələrimizə olduqca bağlı olan və əsil xanımlıq nümunəsi nümayiş etdirən Alyona xanımı çox sevir və onun nümunəvi sosial-humanist davranışlarını təqdir edir.
Məlum proseslər isə onu tələb edir ki, süni texnologiyaların köməyi ilə ictimai rəyin manipulyasiya edərək dövlətə olan inamı zəiflətməyə çalışan kibercinayətkar şəbəkə və onun trollarına qarşı daha güclü və qabaqlayıcı addımlar atılmalı, süni intellekt texnologiyalarının sosial media və informasiya məkanında mənfi meyillərinə qarşı nəzarət gücləndirilməlidir.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Mart 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri