Icma.az
close
up
RU
“Məqsəd müxtəlif nazirliklərin planlarını vahid sənəddə birləşdirməkdir”

“Məqsəd müxtəlif nazirliklərin planlarını vahid sənəddə birləşdirməkdir”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bir çox ölkələrdə olduğu kimi, Malayziyada da hər bir nazirliyin öz inkişaf planı var. Lakin əsas məsələ bu planların bir-biri ilə ziddiyyət təşkil etmədən necə əlaqələndirilməsidir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) keçmiş icraçı direktoru Maymuna Mohd Şarif WUF13 çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə  şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” tədbirində çıxışı zamanı bildirib. 

BMT rəsmisi qeyd edib ki, əsas məqsəd bütün planların inteqrasiyasını təmin etməkdir: “İqlim, iqtisadiyyat və ətraf mühit üzrə planlar hazırlandıqdan sonra onların necə əlaqələndiriləcəyi vacib məsələdir. Son günlər ərzində “inteqrasiya olunmuş və vahid planlaşdırma” anlayışını çox eşitmişəm.

Malayziyada bu məqsədlə milli siyasət və əsas inkişaf planı mövcuddur. Bu xüsusi plan çərçivəsində Strateji Ekoloji Qiymətləndirmə, sosial təsirin qiymətləndirilməsi və ətraf mühitə təsirin qiymətləndirilməsi birlikdə tətbiq olunur. Məqsəd müxtəlif nazirliklərin planlarını vahid sənəddə birləşdirməkdir. Biz bunu “12-ci Malayziya Planı”, indi isə “13-cü Malayziya Planı” adlandırırıq. Burada bütün nazirliklərin planları bir araya gətirilir. Xüsusi plan çərçivəsində limanların, yeni hava limanlarının, meşə qoruqlarının, yaşayış sahələrinin, yeni sənaye zonalarının və məlumat mərkəzlərinin yerləşəcəyi ərazilər müəyyən edilir. Bu planlar əvvəlcə milli səviyyədə hazırlanır, daha sonra isə Malayziyanın 13 ştatına uyğunlaşdırılır. Hər ştat üçün ayrıca strategiyalar, siyasətlər və hədəflər müəyyən edilir və onlar milli planla uyğunlaşdırılır. Daha sonra bu yanaşma yerli idarəetmə səviyyəsinə ötürülür”.

O bildirib ki, Malayziyada bir ölkə, 13 ştat və 153 yerli idarəetmə orqanı mövcuddur: “Yerli planlaşdırma zamanı hər torpaq sahəsinin təyinatı, zonalaşdırılması və istifadəsi milli plana uyğun şəkildə müəyyənləşdirilir. Bundan əlavə, xüsusi əhəmiyyət daşıyan ərazilər, məsələn, irs və ya qorunan zonalar üçün daha detallı xüsusi planlar hazırlanır.

Beləliklə, qlobal səviyyədən ölkə, ştat, yerli idarəetmə və layihə səviyyəsinədək bütün mərhələlərdə bu proses planlaşdırmanın ayrılmaz hissəsinə çevrilir, sonradan əlavə edilən yanaşma olmur. İctimai etimadın təmin olunması üçün isə hər mərhələdə ictimai iştirak və müzakirələr təşkil edilir”.

Lamiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 May 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri