Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Səbəblər müxtəlif, məqsəd isə birdir

Səbəblər müxtəlif, məqsəd isə birdir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Moskva miqrasiya siyasətini yenidən sərtləşdirir

Rusiya Dövlət Dumasında müzakirəyə çıxarılan yeni qanun layihəsi əcnəbi vətəndaşların deportasiyasına əsas verən inzibati hüquqpozmaların sayının 22-dən 45-ə çatdırılmasını nəzərdə tutur. Layihə qəbul ediləcəyi təqdirdə, təkcə hüquqpozmaların siyahısı genişlənməyəcək, həm də deportasiya bəzi hallarda alternativ cəza deyil, məcburi hüquqi sanksiya xarakteri alacaq.

Bu dəyişiklik ilk baxışda texniki-hüquqi düzəliş kimi görünsə də, əslində, Rusiyanın son illər formalaşdırdığı miqrasiya siyasətinin davamıdır. Rəsmi Moskva təhlükəsizlik riskləri, qanunsuz miqrasiya axını, əmək bazarında nəzarətin gücləndirilməsi və ictimai asayişin qorunmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bu isə miqrasiya qanunvericiliyində sərt dəyişikliklərin qəbulunu sürətləndirib.

Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sözlərinə görə, ilkin variantda deportasiya ilə nəticələnən inzibati hüquqpozmaların siyahısının 43 maddəyə çatdırılması planlaşdırılırdı. Lakin parlamentə təqdim edilən əlavə düzəlişlər nəticəsində siyahıya daha iki hüquqpozma daxil edilib. Bunlara dövlət sərhədini mühafizə edən hərbi qulluqçunun qanuni tələbinə tabe olmamaq, eləcə də irq, din, dil, milliyyət, cins və digər əlamətlərə görə ayrı-seçkilik halları aiddir. Beləliklə, deportasiyaya əsas verən inzibati hüquqpozmaların ümumi sayı 45-ə yüksəlib.

Volodin bildirib ki, bu dəyişikliklər ölkədə ictimai təhlükəsizliyin gücləndirilməsinə və miqrasiya sahəsində hüquqi nizam-intizamın təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, genişləndirilmiş siyahı hüquq-mühafizə orqanlarına çevik və effektiv reaksiya imkanı yaradacaq.

***

Bundan əvvəl də Rusiyada miqrasiya siyasətinin sərtləşdirilməsi istiqamətində addımlar atılıb. 2026-cı ilin mart ayında Daxili İşlər Nazirliyi əcnəbilərin 20 növ inzibati hüquqpozmasına görə ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Həmin təşəbbüsə əsasən, fövqəladə vəziyyət rejimi tələblərinin pozulması, “arzuolunmaz” təşkilatların fəaliyyətində, icazəsiz mitinqlərdə iştirak, tətillərə məcburetmə və polisə tabe olmamaqla müşayiət olunan hallar da deportasiya üçün əsas sayılırdı.

Ümumiyyətlə, Rusiya hakimiyyəti son illərdə miqrasiya nəzarətini təkcə hüquqi deyil, həm də institusional baxımdan gücləndirib. Xüsusilə 2024-cü ilin martında Moskva vilayətində baş vermiş “Krokus Siti Holl” hadisəsindən sonra miqrasiya siyasətində daha sərt kursa keçid müşahidə olunur. Bundan sonra nəzarət olunan şəxslərin xüsusi reyestri yaradılıb və bu sistemə bəzən səhv daxilolmaların da mümkün olduğu bildirilir. Eyni zamanda, xarici vətəndaşların uşaqlarının məktəblərə qəbulunda rus dili üzrə məcburi imtahan tətbiq edilib.

Əcnəbilərin sadələşdirilmiş qaydada yaşayış icazəsi alması da məhdudlaşdırılıb. Rusiya vətəndaşları ilə evli olan əcnəbilər üçün prosedurlar sərtləşdirilib, həmçinin 18 yaşına çatmış əcnəbi uşaqların ayrıca əmək patenti almamaları halında ölkədən çıxarılması gündəmdə saxlanılır.

Yeni layihədə diqqətçəkən məqamlar da var. Şüuraltına təsir göstərən televiziya proqramları və filmlərin yayılması, kütləvi informasiya vasitələrində partlayıcı qurğuların hazırlanmasına dair təlimatların və spirtli içkilərin məsafədən satışı ilə bağlı elanların dərc edilməsi kimi hallar da deportasiya ilə nəticələnəcək. Ən mühüm dəyişiklik isə cəza mexanizmi ilə bağlıdır. Qanun layihəsi qəbul edilərsə, müəyyən hüquqpozmalar üzrə deportasiya cərimə ilə yanaşı, məcburi əlavə sanksiya xarakteri daşıyacaq. Bu isə miqrasiya sahəsində qərarların daha sərt, daha sürətli və daha az alternativli şəkildə icrasına şərait yaradacaq.

Layihədə, həmçinin İnzibati Xətalar Məcəlləsinin 14 maddəsi üzrə cərimələrin artırılması təklif olunur. Məsələn, Rusiyaya giriş qaydalarının pozulması, miqrantların qanunsuz işə cəlb edilməsi və ya onların qanunsuz əmək fəaliyyəti ilə məşğul olması hallarında cərimələrin 2–5 min rubl əvəzinə, 4–7 min rubla qaldırılması nəzərdə tutulur. Bu yanaşma həm hüquqi, həm də iqtisadi təsir vasitələrinin eyni vaxtda sərtləşdirilməsini göstərir.

Maraqlıdır ki, inzibati deportasiya tədbirlərinin icrası dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaradacaq. İlkin hesablamalara görə, bu tədbirlərin həyata keçirilməsi ildə təxminən 600 milyon rubl, xüsusi saxlanma müəssisələrində əcnəbilərin yerləşdirilməsi isə əlavə 597 milyon rubl xərc tələb edir. Daxili İşlər Nazirliyi bu xərclərin əsasən artırılacaq inzibati cərimələr hesabına kompensasiya olunacağını açıqlayıb.

Beləliklə, Dövlət Dumasında əmək miqrasiyasının tənzimlənməsinə dair yeni qanun layihələrinin hazırlanması göstərir ki, söhbət ayrı-ayrı dəyişikliklərdən deyil, miqrasiya siyasətinin bütövlükdə yenidən qurulmasından gedir. Şübhəsiz ki, qanun layihəsi qəbul olunacağı təqdirdə, Rusiyada yaşayan milyonlarla əmək miqrantının hüquqi vəziyyətinə birbaşa təsir göstərəcək, əcnəbilər üçün hüquqi riskləri artıracaq. Eyni zamanda, bu addım Rusiyanın miqrasiya siyasətində təhlükəsizlik amilinin sosial və humanitar məsələlərdən daha üstün tutulduğunu nümayiş etdirir.

***

Bəs, azərbaycanlı miqrantları nə gözləyir? Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilk növbədə bu ölkədə yaşayan və çalışan milyonlarla xarici vətəndaşa, o cümlədən Azərbaycan vətəndaşlarına da təsir göstərəcək. Yeni qaydalar qəbul edilərsə, əvvəllər yalnız cərimə ilə nəticələnən bəzi inzibati hüquqpozmalar artıq deportasiya üçün hüquqi əsas sayılacaq. Bu, o deməkdir ki, Rusiyada yaşayan azərbaycanlılar miqrasiya qeydiyyatı, əmək fəaliyyəti, ictimai asayiş və digər inzibati tələblərə əvvəlkindən daha ciddi riayət etməli olacaqlar. Xüsusilə miqrasiya sənədlərinin vaxtında rəsmiləşdirilməsi, yaşayış və iş qeydiyyatı qaydalarının pozulmaması, polis əməkdaşlarının qanuni tələblərinə əməl edilməsi və inzibati məsuliyyət yarada biləcək hərəkətlərdən çəkinmək daha böyük əhəmiyyət kəsb edəcək.

Bununla yanaşı, qanun layihəsi müəyyən narahatlıqlara da səbəb olur. Məsələn, uzun illər Rusiyada yaşayan, ailə qurmuş və övladları Rusiya vətəndaşı olan əcnəbilərlə bağlı məsələlər xüsusi müzakirə mövzusuna çevrilib. Lakin Daxili İşlər Nazirliyi bildirib ki, qanun layihəsində bu kateqoriyaya aid şəxslər üçün ayrıca istisnalar nəzərdə tutulmur. Bu isə o deməkdir ki, ailə vəziyyəti və ya uzunmüddətli yaşayış faktı bəzi hallarda deportasiya qərarının avtomatik qarşısını almayacaq.

Əslində, yeni dəyişikliklər hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirməklə yanaşı, miqrantlar üçün hüquqi riskləri də artıracaq. Xüsusilə Rusiyada əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının sənədlərinin tam qaydasında olması, qanunvericiliyin tələblərinə ciddi əməl etməsi və inzibati məsuliyyət yarada biləcək hər hansı hərəkətdən yayınması əvvəlkindən daha vacib olacaq.

Eyni zamanda, qeyd etmək lazımdır ki, qanun layihəsi bütün Azərbaycan vətəndaşlarının deportasiya ediləcəyi anlamına gəlmir. Deportasiya yalnız qanunda nəzərdə tutulan inzibati hüquqpozmalara yol veriləcəyi halda tətbiq ediləcək. Bununla belə, hüquqpozmaların siyahısının iki dəfədən çox genişləndirilməsi və deportasiyanın bir sıra hallarda məcburi sanksiyaya çevrilməsi Rusiyada yaşayan azərbaycanlı miqrantlar üçün hüquqi məsuliyyətin sərtləşəcəyindən xəbər verir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri