Icma.az
close
up
RU
Məqsədimiz bir yol açmaqdır FOTOLAR

Məqsədimiz bir yol açmaqdır FOTOLAR

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə  Jurnalistlər  Cəmiyyətinin nümayəndə  heyəti  "Şərq"in  qonağı olub



Türkiyə  Jurnalistlər (Gazeteciler) Cəmiyyətinin nümayəndə heyəti Azərbaycana səfərləri çərçivəsində "Şərq"in qonağı olublar. Qonaqları "Şərq" qəzetinin baş redaktoru  Akif Aşırlı qarşılayıb. Redaksiyamıza təşrif buyuran heyətin arasında - Qəzetçilər Cəmiyyətinin sədr müavinləri Mustafa Yoldaş və Ali Oruc, maliyyə katibi Əli Topçu, idarə heyətinin üzvü Zeynəb Gürcanlı Ürektürk, nəzarət heyətinin üzvü Figen Balcı, üzvlər Yıldıray Arslan, Korhan Ön, layihə əməkdaşı Nursu Yıldız və "Yeniçağ" Media Qrupun rəhbəri Aqil Ələsgər olub. 



Səfər məqsədlərindən danışan Qəzetçilər Cəmiyyətinin sədr müavin Ali Oruc  zaman-zaman bu cür səfərlər həyata keçirdiklərini deyib. Bildirib ki, Azərbaycana gəlişlərində məqsəd burdakı məsləkdaşları ilə görüşmək, tanış olmaq, fikir mübadiləsi aparmaqdır: "Azərbaycan hazırda Ermənistanla sülh danışıqları aparır. Bir çox siyasi məsələlər müzakirə predmetidir. Biz də daha dolğun və dəqiq informasiyaları yerində öyrənmək, gedən prosesi müşahidə etmək məqsədi ilə Bakıya gəldik. Artıq bir sıra görüşlər keçirmişik. Sabah da təmaslarımız olacaq. Məqsədimiz bir yol açmaqdır. Bura səfər edən məsləkdaşlarımızın demək olar ki, hamısı öncələri Bakıda müəyyən vəzifələrdə çalışıblar. Mən ən son 2006-cı ildə Bakıda olmuşdum. Ötən illər ərzində çox ciddi dəyişiklik olub. Bakı çox inkişaf edib, çox dəyişib. Yollar, küçələr tər-təmizdir. Yenidən burada olmaq bizim üçün çox xoşdur". 

Cəmiyyətin idarə heyətinin üzvü Zeynəb Gürcanlı Ürektürk də bildirib ki, Qəzetçilər Cəmiyyəti 1946-cı ildə təsis edilib. Onun sözlərinə görə, Qəzetçilər  Cəmiyyəti  jurnalistlərin  hüquqlarını müdafiə etməklə yanaşı, yeni jurnalistlərin yetişdirilməsində də mühüm rol oynayır: "Cəmiyyətimiz Nazmi Bilginin rəhbərliyi ilə gənc jurnalistlərə əlimizdən gələn dəstəyi veririk. Onların yetişdirilməsində, iş həyatına hazırlanmasında yardımçı oluruq. Həmçinin, heç bir quruma bağlı olmayan müstəqil fəaliyyət göstərən jurnalistlərə də dəstək veririk. Cəmiyyətimizin öz mətbu orqanı var. Gənc jurnalistlərin məqalələrini öz qəzetimizdə dərc edərək onlara qonorar veririk. Bununla yanaşı, ehtiyacı olan jurnalistləri zəruri avadanlıqlarla təchiz edirik. Məqsədimiz Azərbaycanda da jurnalistlərlə görüşmək, onlarla təcrübəmizi paylaşmaq, mövcud vəziyyəti öyrənmək, hansı sahədə əməkdaşlığa ehtiyac olduğunu üzə çıxarmaqdır.  İki ölkə arasındakı qardaşlıq əlaqələrin mətbuatımızda da əks olunmasını istəyirik".  



 

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı türkiyəli məsləkdaşlarının çox önəmli bir missiya icra etdiklərini söyləyib və bu işdə hər cür dəstəyə hazır olduğunu vurğulayıb. Qonaqlarla Azərbaycan-Türkiyə  media  əlaqələri, mətbuat tarixi ilə bağlı müzakirələr aparıb. Baş redaktor ziyarətçiləri redaksiya nəzdində yaradılmış Mətbuat Muzeyi ilə tanış edib. Muzeyin ərsəyə gəlməsi və eksponatlar haqda ətraflı məlumat verən A.Aşırlı muzeydə mətbuatın bütün mərhələlərini əks etdirən dəyərli nümunələrin toplandığını deyib. 


 

Akif Aşırlı baş redaktoru olduğu "Şərq" qəzeti barəsində də qonaqlara qısaca məlumat verib. Qəzetin 1996-cı ilin noyabr ayının 1-dən müxtəlif formatlarda bugünədək gündəlik dərc olunduğunu söyləyib. Türkiyəli jurnalistlər redaksiya daxilində belə bir Muzeyin yaradılmasını yüksək qiymətləndiriblər. Qeyd edək ki, nümayəndə heyəti səfər çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri  Birol Akgün və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü  Cavid Vəliyevlə görüşüblər. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 İyul 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see328

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see274

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see272

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see266

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see262

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see258

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see243

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see241

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see237

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see233

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see230

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see228

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see227

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see220

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see215

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see215

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see185

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see180

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri