Icma.az
close
up
RU
Məqsədimiz ilk növbədə Birinci Liqaya, daha sonra Premyer Liqaya yüksəlməkdir

Məqsədimiz ilk növbədə Birinci Liqaya, daha sonra Premyer Liqaya yüksəlməkdir

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Hazırlıq prosesi hələ yeni başlayıb. Transfer işlərində isə sadəcə bir mövqeni gücləndirməyimiz qalıb. Danışıqlar gedir, görək necə olacaq. Ayın sonu üçün "Hypers Quba" ilə yoldaşlıq görüşü planlaşdırılıb. Sonrakı dövrdə isə çempionat oyununa qədər 3 matç keçirəcəyik. Lakin hələ ki, rəqib tapa bilmirik. Buna səbəb digər liqaların başlaması, Region Liqasının qeyri-müəyyənliyi və İkinci Liqa komandalarının bir çoxunun yığışmamasıdır".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Şəfa"nın baş məşqçisi Elgiz Kərimli deyib. O, komandasının transferlərindən də söhbət açıb: 

"Hər biri müəyyən səviyyədə özünü sübut etmiş futbolçulardır. Belə futbolçuları İkinci Liqaya transfer etmək heç də asan deyil. Maddiyatdan əlavə də, bu futbolçular klubun necə inkişaf etmək istədiyini və onlara göstəriləcək qayğını dərk edərək təklifimizlə razılaşıblar. Onları transfer etməkdə məqsəd liqada mümkün qədər bütün oyunlarda qalib gələrək liderin xal itirməyini gözləmək və ən pis halda pley-off mərhələsində Birinci Liqa təmsilçisi ilə gorüşə hazır olmaqdır. Bundan əlavə Birinci Liqayaca çıxacağımız təqdirdə bu futbolçularla yenə yola davam edərək, çempionluq uğrunda mübarizə aparmağı hədəfləyirik. Heyət olaraq komanda demək olar ki tam hazırdır. Sadəcə yarımmüdafiənin mərkəzinə futbolçu dəvət etməklə, transfer işlərimizi yekunlaşdıracayıq".

"Şəfa"nın gənc çalışdırıcısı klubun gələcəklə bağlı əsas hədəflərinin isə Premyer Liqaya yüksəlmək olduğunu deyib:

"Məqsədimiz ilk növbədə Birinci Liqa, daha sonra Premyer Liqaya yüksəlməkdir. Bundan ötrü daha güclü heyət formalaşdırılacaq, yeni transferlərimizlə növbəti ilin bünövrəsini indidən qoyuruq. Legioner götürmək məsələsinə gəldikdə, hələ ki planlara daxil deyil. Lakin hansısa mövqeyə ehtiyac yaranarsa, legioner futbolçu da gotürə bilərik. Lakin öncəliyimiz yerli futbolçularla yola davam etməkdir.
Ən vacibi isə heyəti gücləndirməklə yanaşı, klubun şəraitini də daha yaxşı etməyə çalışmaqdır. Premyer Liqada hansı məqsədlər uğrunda yarışacağımızı hələlik müzakirə etməmişik. Biz indi işimizə köklənmişik və Birinci Liqaya vəsiqə qazanmaq haqda düşünürük".
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sportal.az
archiveBu xəbər 27 Yanvar 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see223

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see158

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see138

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see137

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri