Icma.az
close
up
RU
Düşünülmüş və məqsədyönlü addım

Düşünülmüş və məqsədyönlü addım

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı olduqca əhəmiyyətli idi. Ölkəmizin başçısı Şuranın geniş tərkibdəki iclasında çıxışında mühüm məsələlərə toxundu. Azərbaycanın MDB məkanında hər zaman sülh və əməkdaşlığa nail olmaq üçün vacib təşəbbüslərlə çıxış etdiyi qeyd edildi.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, dövlətimizin başçısı çıxışında həmçinin Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını da xüsusi ilə önə çəkib: “Qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanan əlaqələrin əhəmiyyətinin böyük olduğu bildirilib. Humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan addımların əhəmiyyəti vurğulanıb. Eyni zamanda Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyinin dəstəkləndiyini diqqətə çatdıran Prezident İlham Əliyev MDB dövlət başçılara bu məsələdə yekdil mövqeyinə görə minnətdarlığını ifadə edib. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasiminin keçirildiyi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildiyi vurğulanıb. Tədbirdə qonaqlar Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib”.
Komissiya sədri Birliyin həyatında daha bir mühüm hadisə kimi sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunlarının əhəmiyyəti də ölkəmizin başçısı tərəfindən xüsusi ilə qeyd edildiyini söyləyib: “Vurğulanıb ki, bu yarışlar Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edilib. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir. Sözsüz ki, MDB Dövlət Başçıları Şurasının iclası və bundan başqa Prezident İlham Əliyevin qatılmış olduğu bütün mötəbər tədbirlərdə Azərbaycanın yaratmış olduğu yeni reallıq, sülh və əməkdaşlıq istiqamətində atılan addımlar yüksək səviyyədə təqdir edilib. Regional və qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın artan nüfuzundan, güclənən mövqelərindən, qalib dövlət kimi ortaya qoymuş reallığı ehtiva edir. Bu bir reallıqdır ki, qalib və güclü Azərbaycan bu gün regional və qlobal miqyasda sülhü, əməkdaşlığı təşviq edir. Ölkəmizin ortaya qoyduğu mövqe hər bir dövlətin və xalqın maraqları müstəvisində qarşılıqlı əlaqələrin inkişafına xidmət edir”.
Sevinc Hüseynova hesab edir ki, MDB Dövlət Başçıları Şurasının iclası və bu əsasda təşkil edilmiş digər formatlı tədbirlər müəyyən əsas mövzular üzərində daha intensiv müzakirələrin aparılması baxımından önəmlidir: “Bu platformada da bir daha Azərbaycan II Qarabağ müharibəsindən sonra yaratmış olduğu yeni reallıq, sülh, əməkdaşlıq, regional kommunikasiya xəttlərinin açılması fonunda yaranacaq situasiya önə çəkilib. Bu baxımdan da Azərbaycan üçün diplomatik platformada mövqeyini ortaya qoymaq, həm də MDB daxilində strateji maraqları dilə gətirmək üçün bu vacib imkan idi. Bu bir reallıq ki, MDB kimi platformalarda Azərbaycan aktiv iştirak edir. Sözsüz ki, Prezident İlham Əliyevin Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında etdiyi çıxış, Azərbaycana diplomatik arenada müəyyən mesajlar ötürmək baxımından düşünülmüş və məqsədyönlü bir addım kimi də dəyərləndirilir. Ölkəmizin ortaya qoymuş olduğu bu mövqe MDB daxilində Azərbaycanın dayanıqlı rolunu regional əməkdaşlıq üçün yeni impulslar yaratmağa yönəlmiş təşəbbüslərinin bariz nümunəsidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see669

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see336

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see301

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see291

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see286

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see260

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see241

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see234

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see234

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see231

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see197

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see180

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see178

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see178

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see170

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see169

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see168

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see161

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see159

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri