Mərakeş Seneqalı ittiham edir
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Afrika Millətlər Kubokunun finalında Seneqal və Mərakeş arasında baş verən qalmaqalla bağlı mübahisə yeni müstəviyə keçib.
QOL.az xəbər verir ki, Mərakeş tərəfi Seneqalı İdman Arbitraj Məhkəməsi (CAS) ilə qaydalara zidd əlaqələr qurmaqda ittiham edir.
“RMC Sport”un yaydığı məlumata görə, iş üzrə təyin olunmuş üç hüquqşünasdan biri qərarın elan olunmasından əvvəl Seneqal Futbol Federasiyasının rəhbəri ilə telefon danışığı aparıb. Halbuki qaydalara əsasən, tərəflərə işə baxan hüquqşünaslarla məhkəmə prosesi xaricində əlaqə saxlamaq qadağandır.
Bu səbəbdən Mərakeş tərəfi telefon danışığı ilə bağlı Seneqala qarşı şikayət verə bilər. Nəşr Seneqal Futbol Federasiyası ilə əlaqəli bir neçə mənbəyə müraciət etsə də, onlar telefon danışığının baş verdiyini təsdiqləməyiblər.
Qeyd edək ki, qalmaqal final matçının 90+9-cu dəqiqəsində hakim Jan-Jak Nqambo Ndalanın Mərakeşin xeyrinə penalti təyin etməsindən sonra başlayıb. Buna etiraz olaraq Seneqal futbolçuları meydanı tərk ediblər. 15 dəqiqədən çox davam edən fasilədən sonra kapitan Sadio Mane komanda yoldaşlarını oyuna qayıtmağa razı salıb. Brahim Dias 90+23-cü dəqiqədə penalti zərbəsini yerinə yetirə bilməyib. Əlavə vaxtda Pap Qeye Seneqala qələbə qazandıran qolu vurub.
Bununla belə, mart ayında Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsi Seneqal millisinə texniki məğlubiyyət (0:3) verib və çempionluq titulunu Mərakeşə təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 24 Noyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















