Mərakeşin səhra bölgələrində sərvət kəşf edildi
Icma.az, Metbuat portalına istinadən məlumat verir.
Mərakeşin cənubundakı səhra bölgələrində mədən kəşfiyyatı zamanı yüksək konsentrasiyalı qızıl yataqları kəşf edilib.
Metbuat.az xəbər verir ki, məlumatlar bölgənin gələcəkdə əsas mədən mərkəzi ola biləcəyini üzə çıxarıb. Məlumata görə, Mərakeş ölkə daxilində ümumilikdə 44 yeni mədən layihəsinə başlayıb və bu layihələr xüsusilə yüksək mədən potensialına malik ərazilərdə cəmləşib. Həmçinin müvafiq dairələr Mərakeşin mədənçilik potensialını artırmaq üçün beynəlxalq əməkdaşlığa müraciət etdiyini vurğulayıb. Ölkənin şimalındakı Nador bölgəsində və cənubundakı Bucedur bölgəsində fəaliyyət göstərəcək beynəlxalq mədən şirkətləri ilə yeni müqavilələr imzalanıb.
Rəsmilər yeni kəşf edilmiş ehtiyatların həm milli iqtisadiyyata, həm də regional inkişafa əhəmiyyətli dərəcədə töhfə verəcəyini bəyan ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 01 Noyabr 2025 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















