Icma.az
close
up
RU
Mərcan klinikasında gizli əməliyyatlar: Lisenziyasız fəaliyyətə görə protokol tərtib edildi

Mərcan klinikasında gizli əməliyyatlar: Lisenziyasız fəaliyyətə görə protokol tərtib edildi

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Səhiyyə Nazirliyinin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzində işçi qrup yaradılıb və "Mərcan" klinikasında plandankənar yoxlama həyata keçirilib".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, daha əvvəl keçirilmiş yoxlamalar zamanı aşkar olunmuş qanun pozuntuları səbəbindən "Mərcan" klinikasının cərrahiyyə əməliyyatları aparmaq hüququ dayandırılıb, yəni lisenziyasının fəaliyyəti məhdudlaşdırılıb:

"Lakin buna baxmayaraq, plandankənar yoxlama zamanı klinikada cərrahiyyə əməliyyatlarının icrasının davam etdirildiyi müəyyən edilib. Aşkarlanmış faktla bağlı Analitik Ekspertiza Mərkəzi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə hüquqi tədbirlərin görülməsi üçün təqdim olunub".

Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, lisenziyada nəzərdə tutulmayan tibb fəaliyyətinin həyata keçirilməsinə görə:

- fiziki şəxslər 300 manatdan 500 manatadək,

- vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək,

- hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilə bilərlər.

Həmçinin qeyd edilib ki, yoxlama zamanı həkim Nigar Məhəmmədovanın müvafiq sertifikasiyadan keçmədən plastik cərrah fəaliyyəti göstərdiyi faktı da aşkar edilib:

"Bu fakta görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib olunub və müvafiq orqanlara təqdim edilib. İXM-in 215.4-cü maddəsinə əsasən, sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına görə:

- vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək,

- hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilə bilər".

Bildirilib ki, sözügedən ölüm faktı hüquq-mühafizə orqanlarının araşdırma səlahiyyətindədir və bu məsələ müvafiq qaydada həmin qurumlar tərəfindən araşdırılır.

"Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciət edərək bildirir ki, özəl tibb müəssisələrində rast gəlinən qanunsuz hallarla və ya şikayətlərlə bağlı aşağıdakı əlaqə kanalları vasitəsilə məlumat verə bilərlər:

- "Bir pəncərə" sektoru;

- Qaynar xətt: (012) 596-05-20;

- Elektron poçt: [email protected];

- Rəsmi veb-sayt: www.pharma.az - "Müraciət" bölməsi.

Daxil olan müraciətlər hərtərəfli araşdırılır və zərurət yaranarsa, qeyd olunan tibb müəssisəsində və ya aptek təşkilatında plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Rusiya vətəndaşı olan 37 yaşlı A.Sadıqova "Mərcan" klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.

Aləmdə Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyun 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri