Mercedes in rəhbəri: Azərbaycan Qran prisində hər bir detal böyük əhəmiyyət daşıyacaq
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 15 sentyabr, AZƏRTAC
Komandalar arasında rəqabət çox güclüdür. Buna görə Azərbaycan Qran-prisində hər bir detal böyük əhəmiyyət daşıyacaq. Əgər tam gücümüzlə çıxış etsək, bu həftəsonu ön sıralarda mübarizə aparmaq imkanımız olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandasının rəhbəri Toto Volf Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, komandası Azərbaycan Qran-prisində ön sıralarda yarışa biləcək gücdədir: “Rəqiblərimizi qabaqlaya bilmək üçün İtaliya mərhələsindən daha yaxşı çıxış etməliyik. Bakı trası çox mürəkkəbdir. Burada kəskin dönmələr, qala yaxınlığında isə dolanbaclı hissə var. Bu, həm avtomobillərimiz, həm də pilotlarımız üçün yaxşı sınaq olacaq”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 15 Sentyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















