Icma.az
close
up
RU
Dürüstlükdür ömrümün fəlsəfəsi... Müsahibə

Dürüstlükdür ömrümün fəlsəfəsi... Müsahibə

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Mühasimimiz şairə Xuraman Muradovadır

- Xuraman xanım, oxucularımıza özünüz haqqında qısa nə deyə bilərsiniz?

-İnsan özünü təqdim etməkdə həmişə çətinlik çəkir. Çünki ömür yalnız faktlardan ibarət deyil - duyğular, xoş niyyətlər, bəzən də səssiz dualardır ömür...

Mən Xuraman Muradova, uzun illərdir həyatımı iki əsas xətt üzərində qurmuşam: dürüstlüyü ömrümün fəlsəfəsinə çevirərək insanlığa fayda vermək və ilahidən ruhuma hopan sözə sədaqət...

Sahibkarlıq fəaliyyətimdə həmişə çalışmışam ki, gördüyüm işlər insanların sağlamlığına, həyatına toxunsun; ədəbiyyatda isə sözlə insan ruhuna işıq salmaq istəmişəm.

Bu gün Azərbaycan və Türk dünyasının ədəbi mühitində fəaliyyət göstərir, imkanım çatdığı qədər bu mühitə xidmət etməyə çalışıram. Bu yol mənim üçün titul və adlardan çox, məsuliyyət və vicdan yoludur.

Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü kimi fəaliyyətimi davam etdirirəm.

İllərdir Azərbaycan gənclərinin təhsil imkanlarının genişlənməsi, sağlamlıq problemi olan uşaqlara dəstək, sosial qayğıya ehtiyacı olan ailələrin yanında olmaq mənim üçün xüsusi önəm daşıyır. Rəhbərlik etdiyim “Vip Milan” Hospitalda şəhid ailələrinin və qazilərin sağlamlığına göstərilən diqqət isə Vətənə və insanlara olan borcumun kiçik bir ifadəsidir.

Ədəbiyyat könül bağıdır, həyatımın mənəvi dayağıdır. Türk dünyasında keçirilən ədəbi və mədəni layihələrdə imkan daxilində iştirak edir, bu sahədə görülən işlərə öz töhfəmizi verməyə çalışıram. Bu günədək 10 kitabım nəşr olunub, əsərlərim Azərbaycan, Türkiyə, Özbəkistan və qardaş Türk dövlətlərində oxuculara təqdim edilib.

Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinə həsr etdiyim kitablarım isə sadəcə bir müəllif kimi deyil, müzəffər Ali Baş Komandana bir vətəndaş kimi duyduğum böyük hörmət və dərin minnətdarlığın ifadəsidir.

- Orta məktəb illərindən sənətə, memarlığa, rəssamlığa marağınız olub. Memarlıq təhsili aldınız, amma taleyiniz sizi sahibkarlığa gətirdi. Bu yol seçimi necə formalaşdı?

-Hər insanın həyatında seçimlə tale bir nöqtədə kəsişir. Mənim uşaqlıq arzularım sənətlə, memarlıqla bağlı idi. Lakin həyat bəzən elə sınaqlar gətirir ki, insan təkcə öz istədiyini yox, ona əmanət ediləni də yaşatmalı olur.

Bacım- el anası Südabə xanımın vaxtsız itkisi mənim həyatımın böyük sarsıntısı oldu. Onun yarımçıq qalan arzuları, həyata keçməyən xəyalları zamanla mənim daxilimdə bir məsuliyyətə çevrildi. Sahibkarlığa atdığım addımlar həm öz iradəmin, həm də onun xatirəsinə olan sədaqətimin ifadəsi idi. Çalışdım ki, həm də onun arzuları yaşasın...

- “Laçın” və “Milan” Hospitalları qısa zamanda cəmiyyətin etimadını qazandı. Bu etimadın sirri nədə idi?

-Mən heç vaxt uğurun sirrini mürəkkəb şeylərdə axtarmamışam. Sirr sadədir: insanlara ürəklə yanaşmaq və ürəklə xidmət etmək.

“Milan” Hospitalını qurarkən məqsədim təkcə tibbi müəssisə yaratmaq deyildi. İstəyirdim ki, insanlar bu məkana ümidlə gəlsin, güvənlə çıxsın.

Burada müasir tibbi avadanlıqlar, peşəkar həkimlər var, amma ən vacibi - şəfqət və vicdandır. Xüsusilə Qarabağ müharibələrinin qazilərinə, şəhid ailələrinə göstərilən diqqət bizim üçün mənəvi borcdur. Bu isə təkcə tibbi xidmət deyil, mənə görə mənim bu yolum da Vətənə sədaqətin səssiz ifadəsidir.

-2021-ci ildən etibarən şeirləriniz oxucularla görüşdü. Sahibkarlıqla şairliyi bir arada aparmaq çətin deyil ki?

-Əgər insan sevdiyi işi görürsə, çətinlik yorğunluğa çevrilmir. Sahibkarlıq mənə məsuliyyət, qərar vermək, dayanmaq və davam etmək gücü verib. Şeir isə ruhumu qoruyub.

Şeir mənim üçün yazı masası, cansız vərəq, qələm, adicə yazı deyil - səssiz dualarımdır, daxili sükutum, Yaradanımla ilahi qovuşuq, hüzur anımdır. Yorulanda sığındığım yerdir. İnsanı yoran işlərin çoxluğu deyil, sevgisiz yaşamaqdır. Mən hər iki sahəyə sevgi ilə yanaşdığım üçün yorulmuram.

-Siz Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş kitabların müəllifisiniz. Bu əsərlər sizin üçün nə anlam daşıyır?

-Bu kitablar siyasi ambisiya ilə yazılmayıb. Onlar dövlətinə və dövlətçiliyinə əsgər kimi sadiq bir vətəndaşın içindən gələn rəğbət və minnətdarlıqdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən ağır, eyni zamanda ən qürurlu dövrlərini yaşadıq və yaşayırıq. Qarabağın azadlığı, dövlətimizin ərazi bütövlüyü və suverenliyi, ordumuzun qüdrəti - bunlar hər bir azərbaycanlının qəlbində iz qoyub.

Mən bu kitabları yazarkən bir müəllifdən çox, bu tarixi yaşayan ziyalı Azərbaycan qadını idim.

– Xarici ölkələrdə Azərbaycanı təmsil edərkən hansı hissləri keçirirsiniz?

-Hər dəfə Azərbaycan bayrağı altında çıxış edəndə içimdə dərin bir məsuliyyət olur. Çünki orada tək özümü yox, xalqımı, mədəniyyətimi, qadınlarımızın ləyaqətini təmsil edirəm.

Ən böyük sevincim isə odur ki, həm sözümə, həm əməyimə ehtiramla yanaşılır. Bu, insanı daha çox çalışmağa səsləyir.

– Mehriban xanım Əliyevanın xidmətlərini həmişə alqışlayırsınız və bu, sizin yaradıcılığınızda xüsusi yer tutur. Onun fəaliyyətini yaradıcı insan kimi necə dəyərləndirərdiniz?

-Mehriban xanım Əliyeva mənim üçün zərifliklə gücün, mərhəmətlə dövlət düşüncəsinin vəhdətidir. Onun fəaliyyəti humanizm, mədəniyyət və milli kimliyin qorunması üzərində qurulub.

Mehriban xanım həyatın ən keşməkeşli sınaqlarında, hər çətin addımında, Tarix yazan Sərkərdəmizin arxasında dayanan, varlığı ilə ona dayaq olan qeyrətli Türk Xatunudur.

Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın dinamik inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Mehriban xanım, həmçinin ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına dəyərli töhfələr verir, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində yorulmadan çalışır. Xalqımızın sosial rifahına hesablanan bir çox layihələrin müəllifi olan Mehriban xanım Əliyeva birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir.

– Türk Dünyası Qadın Şairlər Birliyinin sədri kimi əsas hədəfiniz nədir?

-Türk dünyasında ədəbi-mədəni həmrəyliyin möhkəmləndirilməsi, ortaq dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi bu gün təkcə yaradıcılıq deyil, eyni zamanda, mənəvi məsuliyyət tələb edən mühüm missiyadır. Məhz bu baxımdan Türk Dünyası Qadın Şairlər Birliyinin yaradılması təşəbbüsü Türk dünyasının ədəbi həyatında yeni və əhəmiyyətli bir mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.

Bu birlik qarşıdakı dövrdə Türk dövlətlərində irimiqyaslı ədəbi layihələrin həyata keçirilməsini, ortaq antologiyaların hazırlanmasını, gənc qadın şairlər üçün yaradıcılıq platformalarının qurulmasını və beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsini əsas prioritetlər kimi müəyyənləşdirir.

Birliyin fəaliyyətinin sistemli və geniş coğrafiyada koordinasiyalı şəkildə həyata keçirilməsi məqsədilə ölkələr üzrə başqan yardımçıları təyin olunub. Türkiyədə bu vəzifəni İnci Okumuş, Azərbaycanda Aysel Xanlarqızı, Özbəkistanda Nargiz Asadova, Qırğızıstanda Nurkız Riskulqızı, Qazaxıstanda Assel Ospan, Makedoniyada Leyla Şerif Emin, Şimali Kiprdə Feyzan Korur, Kərkükdə Gülzar Bayatlı, Başqırdıstanda Tenzilia Davletberdina, Güney Azərbaycandan Şərifə Caferi, Tatarıstanda isə Şemsiye Cihangirova icra edir. Bu təyinatlar Türk dünyasının müxtəlif bölgələrində qadın şairlərin ədəbi-mədəni fəaliyyətinin əlaqələndirilməsi, ortaq layihələrin reallaşdırılması və birlik ruhunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məqsədimiz Türk dünyasının qadın səsini, ana ruhunu və poetik düşüncəsini qlobal mədəni məkanda daha aydın və təsirli şəkildə tanıtmaqdır. Əminliklə demək olar ki, bu birlik Türk xalqları arasında ədəbi və mədəni əlaqələrin möhkəmlənməsinə, dostluq və həmrəyliyin dərinləşməsinə, eləcə də Türk dünyasının ortaq gələcəyinə xidmət edən mühüm bir ədəbi platforma kimi fəaliyyətini davam etdirəcək.

Türk dünyası böyük ailədir. Bu ailənin qadın yazarlarını bir araya gətirmək, onların sözünü dünya xalqlarına eşitdirmək mənim üçün şərəfdir.

İstəyimiz odur ki, birgə ədəbi layihələr, festivallar, antologiyalar vasitəsilə ortaq ruhumuzu yaşadaq, gənc qadın yazarların yolunu işıqlandıraq.

Türk qadınının sözü güclüdür. Biz o sözü birləşdirmək və dünyada yaşatmaq istəyirik.

– 60 illik ömrə dönüb baxanda ən çox nə qalır yaddaşınızda?

-Ömür müqəddəs bir kitabdır. Hər səhifəsində sevinc də var, sınaq da...

Mənim yaddaşıma ən çox qalan - ailəmdən aldığım dürüstlük, insanlara fayda verə bildiyim anlar və yazdığım sözlərin oxucu qəlbinə yol tapmasıdır.

Bu illər mənə bir həqiqəti öyrətdi:

“İnsanın əsl izi dürüstlüyündə, əməllərində, yaxşılığındadır”. Mən çalışmışam ki, bu izi səssiz, amma tərtəmiz qoruyum saxlayım... Düşüncələrimi bu günlərdə qələmə aldığım, həyat qayəmi ifadə edən "Dürüstlükdür ömrümün fəlsəfəsi" şeirimlə tamamlamaq istəyirəm:

Yalanın rənginə boyanmaqdansa,

Tənha bir cığırda izim yaxşıdır.

Saxta gülüşlərə inanmaqdansa,

Düz sözə sığınan dözüm yaxşıdı.

Onlar sevmədilər mənim düzümü,

Hər bir kəs özünə çünki yol açar.

Mən də itirmədim özüm-özümü,

Düzlük ürəyimdə ən böyük vüqar.

Gedirəm uzağa, saxtadan kənar,

Ruhumun aynası təmiz qalsın tək.

Gec-tez həqiqətin öz mənzili var,

Dürüstlük hər zaman açacaq çiçək.

Qoy dünya bürünsün min bir kölgəyə,

Mən öz işığıma arxalanmışam.

Başımı əymədim saxta səcdəyə,

Vicdanın səsində daldalanmışam.

Yolum çətin olsa, ürəyim təmiz,

Haqqın qarşısında üzüm ağ olar.

Dünya dənizdirsə, mən kiçik bir iz,

O izlərdə bir gün bir dağ ucalar.

Nə tacda gözüm var, nə adda - sanda,

İnsanlıq ucalan zirvədir mənə.

Ən ağır sınaqda, ən dar amanda,

Düzlükdən başqa yol haramdı mənə.

Mən belə seçmişəm, belə yaşaram,

Sözümün çəkisi, ruhumun səsi.

Zülmətin içindən nurla aşaram,

Budur bir ömürün saf fəlsəfəsi...

Müsahibəni alan:

Ağalar İDRİSOĞLU, Əməkdar incəsənət xadimi, yazıçı-rejissor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Yanvar 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri