“Yeni sənaye parklarının qurulması ölkənin iqtisadi gücünü göstərir” DEPUTAT DANIŞDI
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Yeni sənaye parklarının və sənaye məhəllələrinin yaradılması ölkənin iqtisadi inkişafının sürətləndirilməsi, dayanıqlı məşğulluğun təmin olunması və investisiyaların real sektor üzrə cəlb edilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır”. Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən 8 sənaye zonası bu baxımdan xüsusi rol oynayır və ölkənin sənaye potensialının gücləndirilməsinə əhəmiyyətli töhfə verir:
”Sözügedən zonalarda fəaliyyət göstərən 104 sənaye müəssisəsində yüksək keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar istehsal olunur. Bugünədək bu zonalara 7 milyard manatdan artıq investisiyanın yönəldilməsi və nəticə etibarilə 11 mindən çox daimi iş yerinin yaradılması sənaye siyasətinin uğurlu icrasının göstəricisidir.
Sumqayıt şəhəri sənaye potensialı sürətlə artan, strateji əhəmiyyətə malik sənaye mərkəzlərindən biridir. Son illər ölkə rəhbərliyi tərəfindən Sumqayıtın sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilmiş, burada yeni sənaye müəssisələri yaradılmış, müasir infrastruktur layihələri həyata keçirilmişdir. İstifadəyə verilən sənaye obyektləri və yeni tikililər şəhərin ümumi simasına müasirlik və dinamika qazandırmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sumqayıt Sənaye Parkında polipropilen və kisə istehsalı müəssisəsinin təməlinin qoyulmasında, eləcə də “Bakı Karton və Qutu Fabriki” MMC-nin tara istehsalı müəssisəsinin və güzgü vərəqələri istehsalı zavodunun açılışında iştirakı bu sahəyə göstərilən yüksək siyasi iradənin bariz nümunəsidir. Bu təşəbbüslər Sumqayıtın sənaye mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə, yerli istehsal zəncirinin genişlənməsinə və idxaldan asılılığın azaldılmasına şərait yaradır.
Sənaye parklarının təməlinin qoyulması yalnız istehsal həcminin artırılmasına deyil, eyni zamanda əhalinin məşğulluğunun təmin olunmasına, sosial rifahın yüksəldilməsinə və regional inkişafın balanslaşdırılmasına xidmət edir. Bu müəssisələr uzunmüddətli perspektivdə ölkənin iqtisadi inkişaf strategiyasına uyğun şəkildə planlaşdırılmış və gələcək artımı hədəfləyən mühüm iqtisadi subyektlərdir.
Qeyd etmək lazımdır ki, sənaye müəssisələrinin yaradılması prosesi təkcə Sumqayıtla məhdudlaşmır. Masallı, Neftçala, Sabirabad, Şərur, Şəmkir, Gəncə kimi regionlarda da analoji sənaye obyektlərinin istifadəyə verilməsi regionlarda məşğulluğun artırılmasında və iqtisadi aktivliyin yüksəldilməsində mühüm rol oynayır. Bu isə ölkə üzrə sosial-iqtisadi inkişafın daha tarazlı və dayanıqlı şəkildə həyata keçirilməsinə imkan yaradır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 30 Yanvar 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















