”Mercedes”lə motosikleti vurub iki nəfəri havaya uçurdu
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda “Mercedes” markalı avtomobillə toqquşan motosikletdə olan iki nəfərin metrlərlə havaya uçduğu anlar kameralara düşüb.
AzPost İHA-ya istinadla xəbər verir ki, qəza Reyhanlı rayonunun Cümhuriyyət məhəlləsində baş verib. Hərəkətdə olan “Mercedes Benz” markalı, 60 BM 717 nömrə nişanlı avtomobillə “Kuba” markalı, 31 AKF 676 nömrə nişanlı motosiklet toqquşub. Toqquşmanın təsirindən bir neçə metr havaya uçan motosiklet sürücüsü Halit C. və yanında olan İsmayıl C. ağır yaralanıb.
Ətrafdakıların məlumat verməsi ilə hadisə yerinə polis və təcili yardım qrupları gəlib. Yaralılara qısa müddətdə əraziyə gələn həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Kameraya düşən qəza ilə bağlı araşdırma başladılıb.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 02 Aprel 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















