Icma.az
close
up
RU
Mərdəkan qalası qəzalı vəziyyətdədir, əzəmətli görünən qalanın içərisi xarabalığı xatırladır Video

Mərdəkan qalası qəzalı vəziyyətdədir, əzəmətli görünən qalanın içərisi xarabalığı xatırladır Video

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Tarixi abidələrə böyük marağım var. Hara getsəm, harada tarixi abidə görsəm, mütləq çəkirəm, araşdırıram, yazıram...

Ötən günlərdə yolum Mərdəkan qəsrindən düşümüşdü. Mərdəkan qəsrinin yaşı çoxdur. XII əsrdə Şirvanşah Axistan tərəfindən onun qələbəsini tərənnüm etmək məqsədilə tikilib. Qəsr müxtəlif dövrlərdə qala, müdafiə məntəqəsi və s. kimi istifadə edilib. Qəsrin həyətində yeraltı yemək ambarları, quyular və daş saat, bir sözlə XII əsrdə insanların minimum imkanlarla yaşaması üçün hər bir şərait olub.

Aradan əsrlər keçib, qala müxtəlif dövrlərdə yenidən bərpa edilib. Amma bu gün elə bir vəziyyətdədir ki, adamın ürəyi ağrıyır. Əcnəbilər gəlib ziyarət edir, fotolar çəkir, qalanın tarixi ilə maraqlanır. Kənardan əzəmətli görünən qalanın içərisi, sözün əsl mənasında xarabalığı xatırladır.

Qəsr inşa ediləndə birinci və dördüncü qatlarda beton salınıb. Ara qatlara isə taxtadan arakəsmə vurulub. İllər, əsrlər keçib və bu gün o taxta arakəsmələr qəzalı vəziyyətdədir. Yəni kimsə bir qədər taxtaların üstündə qalsa, aşağı mərtəbəyə düşəcəyi mütləqdir. Bu taxtalardan sadəcə bir ayağını ehtiyyatla qoyub, pilləkənlərə çıxmaq üçün qorxa-qorxa yaxınlaşırsan. Qalanın içərisində özünü, sözün əsl mənasında qədim dövrlərdə hiss edirsən. Dar və bir-birindən aralı pillələrlə addımlamağa çalışdıqca, insanın ürəyində qorxu qarışıq həyəcan yaranır.

Çox maraqlıdır, əcnəbilər tariximizlə və tarixi abidələrimizlə bu qədər yaxından maraqlnadğı halda özümüz öz tariximizi dəyərsizləşdiririk. Qalanın daxilindəki qatları təmir etmək üçün o qədər də böyük vəsaitə ehtiyac yoxdur. Amma düşünün ki, qalanın daxili də təmir edilib, əcnəbilər könül rahatlığı ilə ziyarət edir, fotolar çəkir, ölüm qorxusu yaşamırlar. Bizim də tariximiz məhv olmur, ən azından özümüzdən sonrakı nəsillərə çata bilir. Eh, hardadır öz vəzifəsini dərk edən məsuliyyətli qurum?!

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Sentyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri