Icma.az
close
up
RU
Mərdəkanda çirkab suları evlərə dolur Sakinlər PA rəhbərinə müraciət etdi FOTO

Mərdəkanda çirkab suları evlərə dolur Sakinlər PA rəhbərinə müraciət etdi FOTO

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Rəfael Cəfərov küçəsi və ətraf ərazilərdə yaşayan sakinlər illərdir eyni problemlə mübarizə aparırlar. 2024-cü ilin oktyabr ayından bu yana burada yeraltı suların səviyyəsinin artması səbəbindən həyətlər və zirzəmilər su ilə dolur, nəticədə evlər və həyətyanı sahələr istifadəyə yararsız hala düşür.

Bu barədə 50-ə yaxın sakinin Bakupost.az -a müraciətində bildirilir.

Sakinlərin sözlərinə görə, yağıntılı havalarda vəziyyət daha da pisləşir, quraq vaxtlarda isə su çəkilmir. Beləliklə, sakinlərin gediş-gəlişi mümkünsüz olur, həyat-bacaları yararsız hala düşür, ağaclar və yaşıllıqlar məhv olur, evin təməli zədələnir.

Müraciətdə qeyd olunub ki, yerli icra orqanları, bələdiyyə və mütəxəssislər vəziyyətlə tanış olsa da, problemin əsas səbəbi olan drenaj sisteminin qurulması onların səlahiyyət və imkanlarından kənardır. Ərazidə kanalizasiya və drenaj sisteminin qurulması üçün təxminən 400 metrlik məsafədən yeni xətlər çəkilməli, bunun üçünsə layihə təsdiqi alınmalı və maliyyə ayırılmalıdır. Bu isə yalnız aidiyyəti dövlət qurumlarının iştirakı ilə mümkündür.

Sakinlər bu problemi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin həll etməli olduğunu bildirilər.

Məsələ ilə bağlı adı çəkilən qurumla əlaqə saxladıq. Agentlikdən bildirildi ki, intensiv yağıntılar zamanı təchizat sistemi olmayan ərazilərdə ətrafa, həyətyanı sahələrə suyun yığılması hallarına rast gəlinir:

“Belə hallarda relyefin əlverişili olduğu ərazilərə müvafiq sukanal idarəsinin qəza briqadası cəlb edilərək yığılan suyun maşınlar vasitəsilə qismən və ya tam çəkilməsi təmin edilir. Həmçinin tullantı su şəbəkəsi olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, ərazinin relyefi, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

Qeyd edək ki, sakinlər məsələ ilə bağlı Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Bakı şəhər və Xəzər rayon icra hakimiyyətlərinə də müraciət ünvanlayıblar.


Aysel,

BakuPost




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 May 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see272

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see227

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see216

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see159

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see145

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri