Icma.az
close
up
RU
Mərdəkanda makler ÖZBAŞINALIĞI Xəzər İcra Hakimiyyəti qanunsuz müdaxiləyə niyə GÖZ YUMUR? VİDEO

Mərdəkanda makler ÖZBAŞINALIĞI Xəzər İcra Hakimiyyəti qanunsuz müdaxiləyə niyə GÖZ YUMUR? VİDEO

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mərdəkanda maklerin tikililərə qanunsuz müdaxilə etməsi məsələsini ictimailəşdirmişdik. Söhbət Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan küçəsi 15/44 ünvanından gedir. Həmin ünvanda yaşayan Günay Rüstəmovanın şikayəti ondan ibarətdir ki, qonşu sahədə tikinti aparan şəxs (makler) ondan icazə almadan 4 il əvvəl tikdiyi hasarına bitişik şəkildə darvaza quraşdırıb və bu zaman qanunvericiliklə müəyyən edilmiş minimal ara məsafəsinə əməl etməyib. Makler həyətyanı sahəni üç hissəyə bölərək əlavə darvazalar quraşdırıb. Bu darvazalardan biri isə birbaşa ona məxsus hasara birləşdirilib və sərhəd xəttinə dirək kimi söykənib.
Xəzər rayon İcra Hakimiyyəti qanun pozuntusuna göz yumur?
Qanunsuz müdaxiləyə dərhal son qoyulmasını və hasarına birləşdirilmiş darvazanın sökülməsini tələb edən şikayətçi  bununla bağlı dəfələrlə Xəzər rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciətlər etsə də, məsələ həllini tapmayıb.
 

MÖVZU İLƏ BAĞLI:
Mərdəkanda makler tikililərə qanunsuz MÜDAXİLƏ edir – İcra hakimiyyəti isə SUSUR – VİDEO


Günay Rüstəmova maklerlə aralarında yaranmış tikinti mübahisəsi ilə bağlı yenidən Bizim.Media-ya müraciət edib.
Xanım şikayətçi bu dəfə problemi ilə bağlı aidiyyəti qurumların heç bir addım atmamasından gileylənib.
“Maklerin icazəsiz və qanunsuz hasarıma müdaxilə etməsinə aidiyyəti qurumlar hələ də biganəlik nümayiş etdirir. Bir vətəndaş kimi  həm mülkiyyət hüququm pozulub, həm də  təhlükəsizlik baxımından  narahatlıq yaranıb. İndi də hasara elektrik enerjisi filan qoşulur. Amma Xəzər rayon İcra Hakimiyyəti hələ də qanunsuz addıma heç bir reaksiya vermir. İcra hakimiyyəti belə açıq qanun pozuntusuna necə göz yuma bilər? Bu azmış kimi Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Muqbilov mediaya absurd açıqlama verib ki, guya makler mənə dəymiş ziyanı ödəyəcək. Halbuki makler dəfələrlə etdiyim xəbərdarlıqlara belə məhəl qoymayıb. İcra hakimiyyəti ilə sövdələşməyə gedərək, işini görüb”.
Mənlik deyil…
Günay Rüstəmova şikayəti üzrə üz tutduğu Xəzər rayon İcra hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Çərkəz Tanrıverdiyevdən və Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Şahbala oğlu Muqbilovdan gileylənib. O, deyib ki, icra hakimiyyətininin hər iki rəsmisi qanunsuz müdaxiləyə son verilməsi əvəzinə makleri müdafiə edəcək addım atıblar. Xanım şikayətçi baş verəcək təhlükəli hal və hadisələrə görə məhz onların məsuliyyət daşıdığını dilə gətirib.
Qeyd edək ki, İlqar Müqbilov ötən dəfə saytımıza açıqlamasında "mənə aid olan hissəni etdim", "mənim səlahiyyətim bu qədərdir" və "mənlik deyil" kimi ifadələrlə məsuliyyətdən uzaqlaşmağa çalışdı.
 

Halbuki, əgər o, Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi vətəndaşla görüşübsə, onun vəzifəsi sadəcə informasiya vermək deyil, problemin hüquqi və praktiki həllinə yardımçı olmaq, zəruri hallarda digər qurumları da cəlb edərək məsələnin araşdırılmasını təmin etmək idi. Sadəcə "xahişi çatdırmaq" rəsmilərin məsuliyyətini əhatə etmir.


Üstəlik “mənim xəbərim işlər yekunlaşandan sonra olub” deməklə yaxasını kənara çəkən rəsmi şəxs tikinti qanunsuz aparılıbsa, tikinti başa çatsa belə, məsuliyyət daşıyan tərəfə qarşı inzibati və ya hüquqi tədbirlər görə bilərdi.
İcra hakimiyyətinin telefonları “məzuniyyətə çıxıb”
Bənzər addımı Xəzər rayon İcra hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Çərkəz Tanrıverdiyev və İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Anar Qəmbərov da atıb. Hər iki rəsmi şəxs Bizim.Media-ya açıqlamalarında məsələnin onların səlahiyyətində olmadıqlarını deməklə kifayətləniblər.
Qeyd edək ki, Xəzər Rayon İcra Hakimiyyətində bu məsələyə birbaşa cavabdeh olan nə Təsərrüfat Şöbəsi, nə başçının müavinləri, nə də digər rəsmilər telefon zənglərimizə cavab verib. İş saatının ən fəal vaxtında rayon icra hakimiyyətinin şəhər telefonlarının susqun qalması ictimai məsuliyyətdən yayınmadır desək yanılmarıq…
Görünən odur ki, İcra hakimiyyətinin funksiyası yalnız şikayət dinləmək və yönləndirməkdən ibarətdir. Problemi həll etmək üçün koordinasiya etmək, lazımi qurumları hərəkətə gətirmək və və nəticə əldə etməyə maraqlı olmayan Xəzər İcra Hakimiyyətinin bundan əvvəl də ictimailəşdirdiyi məsələyə açıqlama verməkdən yayınması anlaşılan deyil.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəsmisi Pərviz Aslanov saytımıza bildirib ki, vətəndaşın müraciəti aidiyyəti üzrə yönləndirilərək cavablandırılacaq və müraciət edən şəxsə veriləcək.
Qanundan xatırlatma
Məlumat üçün bir daha qeyd edək ki, fərdi yaşayış evləri tikilərkən mütləq müəyyən minimal ara məsafələri gözlənilməlidir. Bu, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və aidiyyəti normativ sənədlərlə tənzimlənir. Qonşu tikililər arasında minimum 3 metr ara məsafəsi saxlanmalıdır (bu məsafə yaşayış zonasına, torpaq təyinatına görə dəyişə bilər); Ara məsafəsi günəş işığı, hava dövranı, yanğın təhlükəsizliyi və şəxsi məxfiliyin qorunması baxımından vacibdir. Əgər qonşunun yazılı razılığı və rəsmi tikinti icazəsi yoxdursa hasara bitişik və ya hasarı divara birləşdirən tikinti qanunsuz sayılır.
 

Makler və ya hər hansı şəxs (hüquqi və ya fiziki) fərdi ev tikərkən, ərazi üzrə İcra Hakimiyyətindən,  Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Fövqəladə Hallar Nazirliyindən  (təhlükəsizlik qaydalarına uyğunluq) və ya yerli Memarlıq və Tikinti şöbəsindən (layihənin təsdiqi barədə) icazə sənədi almalıdır. Bundan əlavə əgər tikinti hasara sıfır məsafədə və ya ona birləşik aparılırsa, qonşudan yazılı razılıq  mütləqdir.


Qeyd edək ki, Günay Rüstəmova bildirib ki, problemi həll olunmadığı təqdirdə məhkəməyə müraciət edəcək.
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq…

Alçina Amilqızı, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Oktyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri