Mərdəkanda sahibsiz it səkkiz nəfərə hücum edib Sakinlər təşviş içində
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, artıq bir neçə gündür qorxu içində yaşayırlar. Buna səbəb isə küçədə insanlara hücum edən yiyəsiz, quduz olduğu iddia edilən itin sərbəst şəkildə dolaşmasıdır.
Sakinlərin sözlərinə görə, sözügedən it indiyədək səkkiz nəfərə - məktəbli uşaqlara və qadınlara hücum edib. Bu səbəbdən valideynlər uşaqlarını məktəbə avtomobillə aparıb-gətirməyə məcbur olduqlarını, küçədə sərbəst hərəkət edə bilmədiklərini bildirirlər.
"Çoban itidir, altı-yeddi uşağı yaralayıb. Sahibi tapılmır. Bu gün də bir qadına hücum edib. Uşaqları görəndə üstünə atılır. Hətta bir uşağın qulağını qoparıb, hazırda xəstəxanadadır", - sakinlərdən biri deyib.
"Maşından düşmüşdüm, gördüm ki, it üstümə gəlir. Elə həmin an məni dişlədi. Bədənim tam göyərmişdi, diş izləri qalmışdı", - başqa bir sakin qeyd edib.
Məsələ ilə bağlı Mərdəkan qəsəbə bələdiyyəsindən bildirilib ki, hadisədən xəbərdardırlar və problemin qısa zamanda aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 09 Aprel 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















