Mərdəkandakı Pir Həsən ziyarətgahında təmir bərpa işləri aparılacaq SƏRƏNCAM
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 2 may, AZƏRTAC
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işləri həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu işlər üçün vəsait ayrılması məqsədilə mayın 2-də Sərəncam imzalayıb.
Sərəncama əsasən, ziyarətgahda təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550 min manat vəsait ayrılıb.
Həmin məbləğdə maliyyələşmənin təmin edilməsi Maliyyə Nazirliyinə və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli isə Nazirlər Kabinetinə tapşırılıb.
Bu mövzuda digər xəbərlər:Pir Həsən ziyarətgahında təmir aparılacaq
02 May 2025 21:50
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb SƏRƏNCAM
02 May 2025 16:56
Pir Həsən Mərdəkanda müqəddəslər məkanı
10 Oktyabr 2025 12:34
Mərdəkandakı qətllə bağlı məhkəmə başlayır
26 Dekabr 2024 11:22
Mərdəkandakı 90 quyunun sirri açıldı VİDEO
22 Dekabr 2024 14:42
Baxış sayı:69
Bu xəbər 02 May 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















