Icma.az
close
up
RU
Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər

Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

"Football-plus.az" xəbər verir ki, püşkə əsasən, paytaxt təmsilçisi Uels "Nyu Seynts"i ilə qarşılaşacaq. Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında rəqibləri haqda müsbət fikirlər səsləndirib.

"İlk növbədə düşünürəm ki, hər rəqibə hörmətlə yanaşmaq lazımdı. "Nyu Seynts" dəfələrlə Uels çempionu olmuş, Avropada tanınan komandadı. Onlar 10 ildən artıqdı ki, daxili çempionatda dominantlıq edirlər. Necə oynamağınızdan, hansı futbolu sərgiləməyinizdən asılı olmayaraq, əsas məsələ mentaliletdi. Hər matçda qələbə qazanmaq üçün çıxmalısan. Bu da göstərir ki, hər bir rəqibə hörmət etməli, özünü ən yaxşı şəkildə hazırlamalısan".


O, rəqibin kimliyinin əhəmliyyətli olmadığını deyib:

"Püşk ikinci dərəcəli məsələdi. Hansı rəqibin düşməyi o qədər də önəmli deyil. Ən vacib məqam bizim necə hazırlaşacağımız, hansı formada olacağımız, nə qədər istəkli və intizamlı davranacağımızdı. Çünki rəqibin kimliyindən asılı olmayaraq, özünü yaxşı hazırlayan hər kəs futbol oynamağı bacarır. Artıq bütün komandalar futbol oynamağı bilir. Bəlkə də bu, çox sadə səslənir. Mərhələ iki oyundan ibarətdi. Hər şey baş verə bilər".


Dambrauskas hazırda təlim-məşq toplanışına kökləndiklərini söyləyib:

"İndi etməli olduğumuz əsas şey bu təlim-məşq toplanışına istəkli, düzgün yanaşma illə başlamaqdı. Ən yaxşı səviyyədə hazırlaşmalı, yoxlama matçları keçirməli, oyun üslubumuzu yeniləməliyik. Öz oyunumuza yeni komponentlər əlavə etməliyik. Məncə, sən yaxşı hazırlaşsan,nəticələr özü gələcək".


Xatırladaq ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də baş tutacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 İyun 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri