Mərhələni keçdiyimiz üçün xoşbəxtik Qarabağ a 2 qol vuran futbolçu
Icma.az bildirir, Sportal.az portalına istinadən.
"Liverpul" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turunda doğma meydanda "Qarabağ"ı 6:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, İngiltərə çempionunun yarımmüdafiəçisi Aleksis Makallister matçdan sonra klubun rəsmi saytına açıqlaama verib. Oyunda 2 qol vuran argentinalı futbolçu 1/8 finala yüksəldikləri üçün xoşbəxt olduqlarını deyib:
"Bəli, həqiqətən çox vacib nəticə idi. Düşünürəm ki, oyun keyfiyyəti yaxşı oldu, xüsusilə də ikinci hissədə. Yaxşı pressinq etdik, fürsətlər yaratdıq və bir neçə qol vurduq. Bu da özünəinamın qayıtması üçün vacibdir. Ona görə də mərhələni keçdiyimiz üçün xoşbəxtik. İndi diqqəti Premyer Liqaya yönəltməyin vaxtıdır.
Cərimə meydançasına daxil olmağı və qol vurmağı sevirəm. Bilirəm ki, bunu çox tez-tez etmirəm, amma həqiqətən xoşuma gəlir. Fasilədə edilən dəyişiklikdən sonra meydanda bir az daha irəlidə oynadım. Bu da cərimə meydançasına daha çox daxil olmağa imkan verdi. İkinci qolum bir az şanslı alındı, amma yaxşı idi. Hələ də üçüncü qol haqqında düşünürəm. Het-trik edə bilərdim, ilk het-trikim. Amma əsas olan odur ki, yaxşı oyun göstərdik, yaxşı nəticə əldə etdik. İndi dincəlməyin vaxtıdır".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 29 Yanvar 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















