Icma.az
close
up
RU
Mərhəmətin kölgəsində dəbdəbə

Mərhəmətin kölgəsində dəbdəbə

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsanın həyatda yaşadığı ən ağır an – doğmasını itirdiyi gündür. O anda sözlər bitir, yalnız sükut, dua və mərhəmət qalır. Yas mərasimi bu sükutun, bu ehtiramın ifadəsi olmalıdır.

Təəssüf ki, çox vaxt mərhumun xatirəsini yad etmək əvəzinə, yas mərasimləri dəbdəbəyə və israfçılığa çevrilir. Kədərin ortasında israf baş qaldırır, mərhəmətin yerini nümayiş tutur. Halbuki bizim milli-mənəvi köklərimiz də, dini dəyərlərimiz də tam əksini deyir. İslam “Ye, iç, lakin israf etmə” prinsipi ilə sadəliyi buyurur. Ənənələrimizdə də böyüklük təmtəraqda yox, təvazökarlıqda ölçülüb. Mərhumun ruhuna ehtiram süfrənin bolluğunda deyil, duanın səmimiyyətindədir.

Əslində yas insanın faniliyini dərk etdiyi məqamdır. Bu məqamda insanın ehtiyacı nə qədər yeməyin verildiyi, neçə növ təamın hazırlandığı deyil, yaxınlarının yanında olması, təsəlli sözüdür. Amma illərlə formalaşmış yanlış təzyiq var: “qonşu necə etdi, biz də ondan geri qalmamalıyıq.” Bu sosial yarış ailələri borca sürükləyir, illərlə ödənilən xərclərə çevirir. Yas mərasimi yükdən azad etməli olduğu halda, özü yükə çevrilir. İnsanların qəlbində mərhəmət azalmır, amma forma dəyişir və nəticədə mərasim səmimiyyətini itirir.

İqtisadi nəticələr də az deyil. Yas mərasimlərinə xərclənən pullar milyonlarla manata çatır. Halbuki həmin vəsait uşaqların təhsilinə, gənc ailələrin mənzil probleminin həllinə, kiçik bizneslərin qurulmasına sərmayə ola bilərdi. İsrafçılıq təkcə ailə büdcəsini deyil, bütövlükdə milli iqtisadi dayanıqlığı zəiflədir. Hər dəbdəbəli süfrənin arxasında gizli borc yükü var və bu borcu illərlə ödəyən insanlar var.

Həll yolu isə qadağalarda deyil, şüurun dəyişməsindədir. Restoranların şəffaf qiymət siyasəti, din xadimlərinin sadəliyi təbliğ etməsi, ziyalıların nümunə göstərməsi, medianın dəbdəbəni yox, sadə mərasimləri işıqlandırması mühüm addımlardır. Əsl islahat buradan başlanır – cəmiyyətin öz razılığından, könüllü etik kodeksdən. Yas mərasimlərini sadə dua və xatirə toplantısı kimi keçirmək, 3, 7, 40 və il mərasimlərini birləşdirmək, təmtəraqlı süfrə əvəzinə sadə ehsanla kifayətlənmək, “məcburi pay” təzyiqini aradan qaldırmaq həm ailələrin yükünü yüngülləşdirər, həm də cəmiyyətin sosial normalarını sağlamlaşdırar.

Yas mərhumun ruhuna ehtiramdır. Yas mərhəmətin ən saf ifadəsidir. İsrafçılıq isə mərhəmətin üzərinə kölgə salır. Bu kölgəni dağıtmaq bizim həm fərdi, həm ictimai, həm də mənəvi borcumuzdur. Gəlin elə bir cəmiyyət quraq ki, yas mərasimlərimizdə kədər də, mərhəmət də səmimi olsun, dəbdəbə yox. Yas mərhəmət olsun, dəbdəbə yox. Xatirə qalsın, israf yox olsun.

Əliməmməd NURİYEV

“Konsitusiya araşdırmaları” Fondunun prezidenti

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Sentyabr 2025 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri