Icma.az
close
up
RU
Sığorta ilə birlikdə 1 nəfərin Tiflisə gedişi neçəyə başa gələcək?

Sığorta ilə birlikdə 1 nəfərin Tiflisə gedişi neçəyə başa gələcək?

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Bakıdan Tiflisə qatarla getmək istəyən sərnişin üçün ümumi xərc minimum 91 manat, maksimum isə 111 manat təşkil edəcək. Bu məbləğə 81 manatlıq qatar bileti və Gürcüstana giriş üçün tələb olunan 10-30 manatlıq icbari səfər sığortası daxildir.
Bakı-Tbilisi-Bakı qatar reysinin bərpası quru sərhədlərinin bağlı olduğu dövrdə təyyarədən asılı qalan sərnişinlər üçün əla alternativdir. Sürətli qatarla birtərəfli gediş haqqı 81 manatdan başlayır. Beynəlxalq biletlərin qiymətinə qəza və baqaj itkisini əhatə edən minimal sərnişin sığortası daxil edilsə də, bu, Gürcüstana keçmək üçün bəs etmir.
Qonşu ölkəyə daxil olmaq üçün mütləq ayrıca səfər sığortası alınmalıdır. Yerli sığorta şirkətlərində bu sığortanın qiyməti günlərin sayından və sərnişinin yaşından asılı olaraq 10-30 manat arasında dəyişir.
Turizm eksperti Əziz Şiriyev mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, hazırda Bakıdan Gürcüstana yeni sürətli qatarlarla bir istiqamət üzrə gediş haqqı 81 manat təşkil edir:
“Quru sərhədlər bağlı olduğu müddətdə vətəndaşlar və turistlər əsasən hava nəqliyyatından istifadə edirdilər. Bu baxımdan dəmir yolu əlaqəsinin yenidən bərpası həm alternativ, həm də daha sərfəli nəqliyyat vasitəsi kimi böyük maraq doğurur. Qatar reyslərinin fəaliyyətə başlaması turizm sektorunun inkişafına da ciddi təsir göstərə bilər. Azərbaycan vətəndaşlarının Gürcüstan və Türkiyə istiqamətində səfərləri daha rahat olacaq, eyni zamanda Qafqaz turu edən xarici turistlərin Gürcüstan vasitəsilə Azərbaycana gəlməsi üçün yeni imkan yaranacaq. Bu isə hotellərdən restoranlara, nəqliyyatdan bölgə turizminə qədər bir çox sahədə iqtisadi canlanmaya səbəb ola bilər. Bununla yanaşı, beynəlxalq sərnişin daşımalarında sığorta məsələsi də xüsusi önəm daşıyır. Adətən belə beynəlxalq qatar biletlərinin qiymətinə minimal sərnişin sığortası daxil edilir. Bu sığorta qəza, xəsarət və bəzi hallarda baqaj itkisi kimi riskləri əhatə edir. Lakin daha geniş təminat istəyən sərnişinlər əlavə səyahət sığortası da əldə edə bilərlər”.
O qeyd edib ki, hazırda bazarda qısa müddətli səyahət sığortalarının qiyməti təxminən 10-30 manat arasında dəyişir:
“Qiymət səyahətin müddətinə, yaşa, əhatə dairəsinə və sığorta şirkətinin təqdim etdiyi paketə görə fərqlənir. Məsələn, yalnız tibbi xərcləri əhatə edən paketlər daha ucuz olur, amma baqaj itkisi, reysin gecikməsi, fövqəladə tibbi yardım və digər riskləri əhatə edən paketlərdə qiymət daha yüksək ola bilir. Beynəlxalq qatar səfərlərinin artması ilə birlikdə sığorta xidmətlərinə tələbat da yüksələcək. Çünki turistlər artıq yalnız rahat və ucuz səfərə deyil, həm də təhlükəsizliyə üstünlük verirlər. Bu baxımdan, gələcəkdə dəmir yolu biletləri ilə birlikdə daha geniş sığorta paketlərinin təqdim olunması mümkündür. Ümumilikdə isə Bakı-Tbilisi dəmir yolu əlaqəsinin yenidən fəaliyyətə başlaması həm turizm, həm iqtisadiyyat, həm də regional əməkdaşlıq baxımından mühüm addım hesab edilir”.
Qısası, uzun fasilədən sonra Bakı-Tbilisi qatarı yenidən fəaliyyətə başlayır, bilet 81 manatdır, lakin Gürcüstana keçmək üçün mütləq əlavə səyahət sığortası da alınmalıdır.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 May 2026 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri