Mərhum aktyorun qızı film şirkətlərini məhkəməyə verdi
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mərhum aktyor Münir Özkulun qızı Güner Özkul bəzi film şirkətlərini məhkəməyə verib.
BAKU.WS xəbər verir ki, buna səbəb atasının "Yeşilçam" filmlərindəki müəllif hüquqlarının ona verilməməsi və bu barədə heç bir müqavilənin imzalanmamasıdır.

Güner Özkul məhkəmənin onun lehinə qərar çıxaracağına əmin olduğunu vurğulayıb.

Xatırladaq ki, Münir Özkul "Hababam sınıfı" və "Neşeli günler" kimi sevilən və yaddaqalan ekran işlərində maraqlı rollar yaradıb. Bu filmlər 1975 və 1978-ci illərdə çəkilib.
Aktyor 2018-ci ildə, 92 yaşında vəfat edib.

Mərhum aktyorun sonuncu serialı nümayiş olunacaq
15 Noyabr 2024 09:57
Mərhum akademikin dosent qızı...
14 Fevral 2025 20:29
Şirkətlərini özlərinə qaytardılar
09 İyul 2025 16:04
Mərhum Xalq artistinin qızı adını dəyişir
20 İyun 2025 10:39
Mərhum aktyorun hamını kədərə boğan açıqlaması ortaya çıxdı: “Ölümdən...” VİDEO
07 Yanvar 2025 15:34

