Icma.az
close
up
RU
Mərhum nazirin oğlu barəsində cinayət işi niyə rədd edilib? Arif Rəhimov məhkəməyə çağırıldı

Mərhum nazirin oğlu barəsində cinayət işi niyə rədd edilib? Arif Rəhimov məhkəməyə çağırıldı

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə iki şahidin məcburi gətirilməsi barədə qərar qəbul edilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təchizat şöbəsinin müdiri Zaur Məlikaslanovdur, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə müdirini müavini Urfan Tağızadədir.

Çingiz Mehdiyevin vəkili Araz Hüseynli bildirib ki, Zaur Məlikaslanovun məhkəmədə dindirilməsi vacibdir. Vəkil deyib ki, həmin şəxsin ifadəsi ittihamın mahiyyəti üçün əsasdır. Hakimlər qərarın icrası üçün tədbir görəcəklərini deyiblər.

Daha sonra Çingiz Mehdiyevin vəkili mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru olmuş Arif Rəhimovun əlavə şahid qismində məhkəməyə çağırılmasını istəyib. Vəkil qeyd edib ki, Arif Rəhimov dövlətin ayırmış olduğu pulun xərclənməsinə nəzarət etməli idi, amma bu işini görməyib. Vəkil deyib ki, Arif Rəhimov bu işdə məsuliyyətli şəxs olub, amma işə nəzarət etməyib.
Dövlət ittihamçısı Orxan Səmədov deyib ki, Arif Rəhimovun işinə istintaq orqanı baxıb və qiymət verməlidir. Onun sözlərinə görə, hazırda məhkəmədə Çingiz Mehdiyevlə bağlı işə baxılır: "Buna görə də Arif Rəhimovun dindirilməsinə əsas görmürəm. Amma bizim üçün fərqi yoxdur, məhkəmə çağırsa, gəlsin ifadə versin".
Yerində müşavirə keçirən hakimlər heyəti vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul edib.
Daha sonra sənədlərin tədqiqi mərhələsi başlanılıb. Hakimin səsləndirdiyi sənədlərdən məlum olur ki, istintaq orqanı tərəfindən Arif Rəhimov və Fərid Allahverdiyevin barəsində olan cinayət işinin başlanması rədd olunub.
Məlum olub ki, həm Arif Rəhimov, həm də Fərid Allahverdiyevin barəsində verilən ittihamlar istintaq dövründə sübuta yetirilməyib.
Sənədlərin tədqiqi mərhələsində Çingiz Mehdiyev prosesə sədrlik edən hakim tərəfindən sorğu-sual edilib.
Vəkil Araz Hüseynli əvvəl verdikləri bir vəsatətin də baxılmasını məhkəmənin nəzərinə çatdırıb. Belə ki, 2015-2020-ci illərdə Hesablama Palatası Bakı Şəhəri Halqası şirkətində audit hesabat keçirib. Vəkil həmin hesabatın onlara təqdim olunmasını istədi. Hakim Leyla Əsgərova-Məmmədova vəkilin verdiyi vəsatətin növbəti proseslərdə baxılacağını bildirib.
Növbəti proses dekabrın 16-da davam edəcək.
İttihama görə, Çingiz Mehdiyev Gənclər və İdman Nazirliyi vasitəsi ilə Bakı şəhər Halqası Əməliyyat şirkətinə ayrılmış 397.852,82 manat vəsaiti mənimsəyib.
Bundan başqa Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of Amerika" bankındakı hesabına 1.436.735,18 manatı köçürməklə leqallaşdırıb.
Qeyd edək ki, 2016-2018-ci illərdə “Formula-1” yarışlarının təşkilində 397 min manatdan artıq vəsaitin yeyintisindən bəhs olunur.
Yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir.
Ona həm də cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib.
Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb.
İttihama görə, yarışların təşkili üçün avadanlıqların alınması, xidmətlərin göstərilməsi adıyla anasının şirkəti, sürücüsüylə müqavilələr bağlanıb.
Cinayət baş verən vaxtda Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.
Hacı Zeynalov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 18 Noyabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri