Icma.az
close
up
RU
Mərhum nazirin oğlu barəsində cinayət işi niyə rədd edilib? Arif Rəhimov məhkəməyə çağırıldı

Mərhum nazirin oğlu barəsində cinayət işi niyə rədd edilib? Arif Rəhimov məhkəməyə çağırıldı

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə iki şahidin məcburi gətirilməsi barədə qərar qəbul edilib.

Biri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təchizat şöbəsinin müdiri Zaur Məlikaslanov, digəri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə müdirini müavini Urfan Tağızadədir.

Çingiz Mehdiyevin vəkili Araz Hüseynli bildirib ki, Zaur Məlikaslanovun məhkəmədə dindirilməsi vacibdir. Vəkil deyib ki, həmin şəxsin ifadəsi ittihamın mahiyyəti üçün əsasdır. Hakimlər qərarın icrası üçün tədbir görəcəklərini deyiblər.

Daha sonra Çingiz Mehdiyevin vəkili mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru olmuş Arif Rəhimovun əlavə şahid qismində məhkəməyə çağırılmasını istəyib. Vəkil qeyd edib ki, Arif Rəhimov dövlətin ayırmış olduğu pulun xərclənməsinə nəzarət etməli idi, amma bu işini görməyib. Vəkil deyib ki, Arif Rəhimov bu işdə məsuliyyətli şəxs olub, amma işə nəzarət etməyib.

Dövlət ittihamçısı Orxan Səmədov deyib ki, Arif Rəhimovun işinə istintaq orqanı baxıb və qiymət verməlidir. Onun sözlərinə görə, hazırda məhkəmədə Çingiz Mehdiyevlə bağlı işə baxılır: "Buna görə də Arif Rəhimovun dindirilməsinə əsas görmürəm. Amma bizim üçün fərqi yoxdur, məhkəmə çağırsa, gəlsin ifadə versin".

Yerində müşavirə keçirən hakimlər heyəti vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul edib.

Daha sonra sənədlərin tədqiqi mərhələsi başlanılıb. Hakimin səsləndirdiyi sənədlərdən məlum olur ki, istintaq orqanı tərəfindən Arif Rəhimov və Fərid Allahverdiyevin barəsində olan cinayət işinin başlanması rədd olunub.
Məlum olub ki, həm Arif Rəhimov, həm də Fərid Allahverdiyevin barəsində verilən ittihamlar istintaq dövründə sübuta yetirilməyib.

Sənədlərin tədqiqi mərhələsində Çingiz Mehdiyev prosesə sədrlik edən hakim tərəfindən sorğu-sual edilib.

Vəkil Araz Hüseynli əvvəl verdikləri bir vəsatətin də baxılmasını məhkəmənin nəzərinə çatdırıb. Belə ki, 2015-2020-ci illərdə Hesablama Palatası Bakı Şəhəri Halqası şirkətində audit hesabat keçirib. Vəkil həmin hesabatın onlara təqdim olunmasını istəyib. Hakim Leyla Əsgərova-Məmmədova vəkilin verdiyi vəsatətin növbəti proseslərdə baxılacağını bildirib.

Növbəti proses dekabrın 16-da davam edəcək.

İttihama görə, Çingiz Mehdiyev Gənclər və İdman Nazirliyi vasitəsi ilə Bakı şəhər Halqası Əməliyyat şirkətinə ayrılmış 397.852,82 manat vəsaiti mənimsəyib.

Bundan başqa Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of Amerika" bankındakı hesabına 1.436.735,18 manatı köçürməklə leqallaşdırıb.

Qeyd edək ki, 2016-2018-ci illərdə “Formula-1” yarışlarının təşkilində 397 min manatdan artıq vəsaitin yeyintisindən bəhs olunur.
Yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir.

Ona həm də cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib.
Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb.

İttihama görə, yarışların təşkili üçün avadanlıqların alınması, xidmətlərin göstərilməsi adıyla anasının şirkəti, sürücüsüylə müqavilələr bağlanıb.
Cinayət baş verən vaxtda Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://publika.az
archiveBu xəbər 18 Noyabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri