Mərhum Tünzalə Əliyevanın dul əri: “Hələ də ailəliyəm”
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mərhum Tünzalə Əliyevanın əri Röyal onunla bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, Əməkdar artist ilə 9 il evli olduqlarını xatırladıb və onun yoxluğuna hələ də alışa bilmədiyini bildirib:
“9 il həyatı bölüşmək çox qısadır, amma bölüşmədiyimiz illərin sayı artıq 4-ə çatır və görünür ki, 9 ili keçəcək. ‘Birinin həyat yoldaşı dünyadan köçən zaman dərhal "ailə qur" və ya "‘tək yaşayırsan, kefdəsən" kimi düşüncələr var. Hər kəsin düşüncəsinə hörmət edirəm. Bəli, əgər insanlar istəkli şəkildə ayrılarsa, başqa. Yoldaşının dünyadan köçməsi onu daha "ailəli deyil" statusundan azad etmir ki”. pizza
O, Tünzalə ilə vidalaşmalarından da söz açıb:
“Bir-birimizlə sarılıb vidalaşdıq. Bəlkə də heç kimə nəsib olmur belə şeylər, amma Allahım bizə nəsib etdi bunu, şükür olsun. O mənə bu dünyada, mən ona o dünyada uğur dilədik. “Tezliklə görüşəcəyik” dedim, “Zəhramı böyüt, sonra gəl”, - dedi. Bəzən həddindən çox darıxıram Tünüş üçün və bu gün o günlərdən biridir. İnşallah, tez zamanda görüşəcəyik”.
Baxış sayı:57
Bu xəbər 30 Sentyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















