Icma.az
close
up
RU
Meriya GÜL KİMİ günlər keçirir...

Meriya GÜL KİMİ günlər keçirir...

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Anlamaq istəmirlər ki, şəhər sakinlərinin rahatlığını təmin edəcək işlər görülməlidir 


Bakı şəhərində abadlıq bir-iki dekorativ kol, gül əkməklə yekunlaşmamalıdır


Bakı Şəhər İcra Hakimiyyətində şəhərin təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Bu barədə BŞİH-in mətbuat xidmətindən bildirilib. Müşavirədə paytaxtın müxtəlif sahələrinə aid bir sıra məsələlər qaldırılıb və müzakirə olunub, konkret tapşırıqlar verilib. 


Bakı şəhərinin mövsümi gül və çiçəklərin sayının artırılmasının vacibliyi vurğulanıb. Toplantıda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vurğulayıb ki, dünyada mövcud olan mürəkkəb geosiyasi və iqtisadi vəziyyətə baxmayaraq, Prezident İlham Əliyevin balanslı və düşünülmüş siyasəti sayəsində Azərbaycan qeyri-sabitlik hökm sürən regionda nəinki sabitlik adası olaraq qalır, həm də uğurla inkişaf etməkdə davam edir. Azərbaycanın sosial sahədə əldə etdiyi nailiyyətlərə toxunan şəhər rəhbəri ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa layihələrindən danışıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin yaratdığı iqtisadi modelin unikallığı ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı çox milyardlıq investisiya layihələri ölkənin ümumi sosial-iqtisadi inkişafına heç bir neqativ təsir göstərməyib. Üstəlik, hökumət əhalinin həssas təbəqələrinin sosial müdafiəsini prioritet vəzifə kimi qarşıya qoyub, paytaxtda və ölkənin ən ucqar guşələrində infrastrukturun təkmilləşdirilməsi üçün böyük işlər həyata keçirilir. Müşavirədə Eldar Əzizov Bakı şəhərinin inkişafı, mənzil fondunun yenilənməsi, ictimai nəqliyyatın müasirləşdirilməsi, o cümlədən infrastrukturun inkişafı, yeni park və bağların salınması istiqamətində həyata keçirilən proqramlar barədə məlumat verib.


Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, belə müşavirələr periodik keçirilir: 


- Payız-qış, yaz-yay mövsümünə hazırlıq, tikinti-abadlıq işlərinin gedişatı ilə bağlı belə müşavirələr həmişə keçirilir. Əsas olan keçirilən müşavirələrin real nəticəsinin olmasıdır. Şəhərin təmizliyi, abadlığı, mövsümi gül-çiçəklərin əkilməsi ancaq şəhərin mərkəzi ilə məhdudlaşmamalıdır. Bir neçə gün əvvəl Hövsan qəsəbəsindəki parkın baxımsız vəziyyətdə olması barədə xəbər verilib. II Dünya müharibəsində həlak olanların xatirəsinə qoyulmuş abidə köhnəlib, hərflər qopub düşüb.  Bakıətrafı qəsəbələrə də diqqət ayrılmalıdır. Şəhərdə yaşıllıqların sayı getdikcə azalır, səki problemi hələ də ciddi şəkildə qalmaqdadır. Səkilər mağaza, restoran, kafe, ofislər tərəfindən zəbt olunur. Yay mövsümündə bu, xüsusilə nəzərə çarpır, çünki restoran və kafelər açıq havada xidmət göstərə bilmələri üçün oturacaqları, masaları səkilərə düzürlər. Deyirlər, Bakı piyadayönümlü şəhərə çevrilir. Bəzi səkilərdə piyadalar üçün addım atmağa məsafə qalmır. Ümumiyyətlə, söhbət təmizlikdən gedirsə, bu, paytaxtın bütün ərazisini, şəhərətrafı qəsəbələri də əhatə etməlidir. Şəhərdə hərəkət edərkən bir çoxumuz küçələrdə, metrostansiyaların qaşrısında natəmizliyin şahidi oluruq. Kənar məhəllələrə, qəsəbələrə də ciddi diqqət yetirilmir. Belə olmamalıdır. Paytaxt şəhər kimi Bakının hər küçəsi, hər məhəlləsi tər-təmiz olmalıdır. Şəhərin hansısa yerində yığın-yığın qalanmış zibilləri görən əcnəbi haqqımızda nə düşünər?! Əcnəbiləri bir kənara qoyaq, təmizlik ilk növbədə özümüzə lazımdır. Hər dəfə təxminən eyni küçələrin asfalt örtüyü təzələnir, eyni məhəllələr, eyni parklar abadlaşdırılır. Paytaxtın mərkəzdən kənar məhəllələri yenə əvvəlki kimi asfaltsız, natəmiz vəziyyətdə qalır. Mərkəzi küçələr abadlaşır, kənar küçələr olduğu kimi qalır. Belə çıxır ki, BŞİH kənar məhəllələrin, qəsəbə yollarının abadlaşmasına zərurət görmür. Bakının problemləri çoxdur. İctimai nəqliyyatdan tutmuş, tıxaclara və binaların zirzəmilərinə qədər. Amma nə görürük, binaların fasadı rənglənir, ağaclara əhəng çəkilir, dövlət strukturlarının inzibati binaları, binaların önü abadlaşır, gül-çiçəyə bürünür. Bununla da iş bitir. Hər inzibati rayonun illik büdcəsi var. Hər inzibati rayonda il ərzində görülməsi vacib işlər müəyyənləşməlidir və bu işlərin icrası aparılmalıdır. Bunun üçün də hər bir məmur vəzifəsinə vicdanla yanaşmalıdır. Hər inzibati rayonun icra orqanı öz ərazisində hansı işlərin görülməli olduğunu, sakinlərin nədən narazı qaldığını bilməlidir. Şəhərdə abadlıq bir-iki dekorativ kol, gül əkməklə yekunlaşmamalıdır. Şəhər sakinlərinin rahatlığını təmin edəcək işlər görülməlidir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Aprel 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri