Mərkəzi Asiya geosiyasi rəqabətdən doğan şahmat taxtası rolunda
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Son vaxtlar Mərkəzi Asiya regionuna beynəlxalq maraq artıb. Mərkəzi Asiya-Amerika, Mərkəzi Asiya-Avropa İttifaqı, eləcə də Mərkəzi Asiya-Yaponiya sammitlərinin keçirilməsi bunun bariz nümunəsidir. Maraqlıdır ki, Rusiya Mərkəzi Asiyanın sürətlə Qərbə doğru addımlamasını necə qarşılayır?
Məsələ ilə bağlı fikirlərini Newscenter.az-la bölüşən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Mərkəzi Asiya ölkələrinin Qərbə tərəf üz çevirməsini Rusiya istəmir:
"Amma, bunu zorla əngəlləmək gücündə olmadığını da bilir. Bütün bunlara rəğmən Rusiya Mərkəzi Asiyada baş verənlərlə barışıb, demək doğru olmazdı. Rusiya bölgəyə əvvəlki tək təsirini itirsə də, oyundankənar vəziyyətdə deyil. Hələ də Mərkəzi Asiya ölkələri ilə bir neçə platformada birlikdədir. Bu baxımdan Mərkəzi Asiyada güclərin baş-başa gəlmə ehtimalı yüksəkdir və hadisələrin gedişatı bunun xəbərçisidir".
Ekspert deyib ki, artıq qüvvələrin maraqları toqquşub, amma bu yaxın gələcəkdə bu regionda böyük qüvvələrin üz-üzə gələcəyi anlamı daşımır:
"Çünki, hazırda bölgə döyüş meydanı olaraq görünmür, geosiyasi rəqabətdən doğan "şahmat taxtası" rolunu oynayır, desək daha doğru olar. Amma, səhv siyasət və addımlar hər an bölgənin istər siyasi, istər iqtisadi sabitliyinin pozulmasına səbəb ola bilər".
Süleyman
Bu mövzuda digər xəbərlər:Cənubi Qafqaz Mərkəzi Asiya vahid geosiyasi məkan rolunda...
17 Yanvar 2025 10:28
Böyük “şahmat taxtası“nda son oyun ABŞ Mərkəzi Asiyada nəyi hədəfləyir?
07 Noyabr 2025 11:22
Mərkəzi Asiya geosiyasi yenilənmə yolunda
06 Noyabr 2025 11:07
Azərbaycan və Mərkəzi Asiya: Yeni geosiyasi düzən formalaşır
17 Noyabr 2025 06:49
Böyük “şahmat taxtası”nda son oyun Suriyanın bölünməsinin detalları
06 Dekabr 2024 18:22
Baxış sayı:43
Bu xəbər 22 Dekabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















