Icma.az
close
up
RU
Böyük “şahmat taxtası“nda son oyun ABŞ Mərkəzi Asiyada nəyi hədəfləyir?

Böyük “şahmat taxtası“nda son oyun ABŞ Mərkəzi Asiyada nəyi hədəfləyir?

Icma.az, Moderator.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən “Mərkəzi Asiya–ABŞ” “C5+1” sammiti baş tutdu və regionun geosiyasi gündəminə yeni suallar əlavə etdi. Tramp administrasiyası Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə hansı yeni istiqamətləri müəyyənləşdirmək istəyir? ABŞ-ın regionda fəallaşması Çin və Rusiya tərəfindən necə qarşılanacaq? Bu xətt Mərkəzi Asiyanı yeni geosiyasi rəqabət — “soyuq müharibə”nin növbəti mərhələsinə sürükləyə bilərmi?

Mövzu ilə bağlı Moderator.az-a danışan konfiliktoloq Azər Hüseynov deyib ki, Amerika Birləşmiş Ştatlarının Mərkəzi Asiya dövlətləri ilə daha sıx əlaqələr qurmaq təşəbbüsləri yeni bir hadisə deyil. Onun sözlərinə görə,  ABŞ–Özbəkistan münasibətləri tarixində hərbi əməkdaşlıq nümunələri də mövcud olub:

“Lakin Vaşinqtonun Mərkəzi Asiya ölkələrini tam şəkildə öz nəzarəti altına almaq cəhdləri, təbii olaraq, Rusiya tərəfindən müsbət qarşılanmır. Eyni mövqe Çinə də aiddir — hər iki ölkə regionda ABŞ-ın siyasi və hərbi mövcudluğunu qəbul etmək istəmir. Digər tərəfdən, Mərkəzi Asiya dövlətlərinin özləri də coğrafi baxımdan onlardan çox uzaqda yerləşən ABŞ-ın regional siyasətinə təkbaşına yaxınlaşmağın risklərini anlayırlar. Bu ölkələr üçün Rusiya və Çinin maraqlarını nəzərə almadan ABŞ-la dərin tərəfdaşlıq qurmaq real və davamlı siyasət sayılmaz. Xüsusilə keçmiş SSRİ-nin Mərkəzi Asiya respublikaları — o cümlədən Qazaxıstan və Özbəkistan — iqtisadi cəhətdən həm Rusiyadan, həm də Çindən ciddi şəkildə asılı vəziyyətdədirlər. Bu baxımdan ABŞ-ın bölgəyə yönəlik siyasəti daha çox təsir dairəsini genişləndirmək, regional proseslərə müəyyən mənada müdaxilə və təsir imkanlarını şaxələndirmək məqsədi daşıyır”.

Azər Hüseynov qeyd edib ki, ABŞ-ın əsas məqsədi birbaşa nəzarət deyil, təsir rıçaqlarını artırmaq və bölgədə strateji mövqeyini gücləndirməkdir:

 “Çünki artıq Əfqanıstanda əvvəlki kimi mövcud deyildir. Eyni zamanda, Rusiya son müharibə zamanı iqtisadi cəhətdən daha da gücləndi. Bu Amerikanı vadar edir ki, daha çox iqtisadi və logistika imkanları ilə Rusiya və Çinin üzərinə getsin. Çin isə son paradda dünyaya ciddi mesajlar verdi”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri