Icma.az
close
up
RU
Böyük “şahmat taxtası”nda son oyun Suriyanın bölünməsinin detalları

Böyük “şahmat taxtası”nda son oyun Suriyanın bölünməsinin detalları

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Suriyanın gələcəyi və regional dinamika təkcə aktorların niyyətləri ilə deyil, həm də tarixi proseslər, böyük dövlətlərin ideoloji yanaşmaları və strateji hədəfləri ilə formalaşır”.Bu sözləri Globalinfo.az-a politoloq Rüstəm Tağızadə deyib.

O bildirib ki, Suriyanın şimalında YPG-nin nəzarətində olan ərazilər, şərqdə ABŞ-ın dəstəklədiyi qüvvələrin təsiri, qərbdə isə rejimin nəzarətində olan ərazilər təbii bölünmədən xəbər verir:

“Bu, de-fakto sərhədlərin indi daimi dövlət strukturuna çevrilməsi ehtimalını artırır. “Heyəti Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının aktiv olduğu İdlib fərqli bir siyasi və hərbi nizamın sınaqdan keçirildiyi laboratoriyadır. Bu cür təşkilatların dəstəklənməsi regional aktorların öz təsir dairələrini genişləndirmək cəhdi kimi qiymətləndirilir.

ABŞ Suriyanın şərqində enerji resurslarına yaxınlığını və İranın “Şiə Aypara” strategiyasını kəsmək üçün şərqdə effektiv nəzarəti saxlamağı hədəfləyir.

Rusiya isə Aralıq dənizindəki Tartus və Hmeymim bazaları Rusiyanın isti dənizlərdə daimi mövcudluğu strategiyasının təməl daşıdır. Suriyanın təbii sərvətlərinə çıxış Rusiyanın bu bölgədəki qətiyyətini də gücləndirir.

İran şiə milisləri və yerli qruplarla qurduğu təsir xətti İranın regional ambisiyalarını göstərir. İranın strategiyası birbaşa geosiyasi qazanc əldə etməkdənsə, ideoloji üstünlük yaratmaq üzərində qurulub.

Türkiyənin dilemması isə Türkiyə Suriyanın şimalında YPG təhlükəsini aradan qaldırmaq üçün əməliyyatlar həyata keçirsə də Amerikanın regionda uzunmüddətli dəstəyi və Qərbin YPG-ni “müttəfiq” kimi qəbul etməsi bu təhlükənin aradan qaldırılmasını çətinləşdirir. Bununla belə, Ankara Suriyanın ərazi bütövlüyünü vurğulamaqla regional liderlik iddiasını davam etdirmək əzmindədir”.

Ekspert qeyd edib ki, HTŞ-nin “Əl-Qaidə”dən ayrılaraq daha “mötədil” bir struktur kimi təqdim edilməsi Qərbin kəşfiyyat mexanizmlərinə uyğun strategiyanın həyata keçirildiyini göstərir:

“Britaniya kəşfiyyatının (MI6) HTŞ-ni beynəlxalq arenada legitimləşdirmək səyləri göstərir ki, təşkilatlar təkcə sahə aktorları deyil, həm də böyük dövlətlərin proqnozlarını təmsil edirlər.

HTŞ lideri Əbu Məhəmməd Kolaninin Qərb mediasına verdiyi açıqlamaları təşkilatı “terrorçu struktur” kimliyindən uzaqlaşdırmaq cəhdi kimi oxumaq olar. Bu, onu göstərir ki, meydanda vəkil müharibələri təkcə orduda deyil, həm də ideoloji və media səviyyəsində davam edir.

YPG-nin Amerikanın dəstəyi ilə Suriyanın şimal-şərqində “idarə zonası” yaratma cəhdi Türkiyə üçün həm milli təhlükəsizlik problemi, həm də regional liderlik uğrunda mübarizədir. Eyni zamanda, YPG-nin İrandan Əsədə uzanan logistika xətlərini kəsmək cəhdləri təşkilatın HTŞ ilə dolayı yolla “strateji ortaqlıq” içində olduğunu göstərir.

Ərdoğanın Rusiya ilə balans siyasəti Suriyada qazanclarını artırmaq baxımından əhəmiyyətli bir addımdır. Lakin Ukrayna müharibəsi Rusiyanın Suriyadakı təsirini məhdudlaşdırsa da Türkiyəyə yeni imkanlar yaratmağa şərait yaradır. Putinin Suriyada uzunmüddətli xərclərlə üzləşdiyi bir vaxtda Türkiyənin diplomatik manevrləri Suriyada aparıcı aktor olmaq iddiasını gücləndirə bilər.

Türkiyənin NATO müttəfiqi kimi Qərblə münasibətləri Rusiya ilə yaxınlaşma siyasəti arasında qurduğu balans regional liderlik modelinə çevrilə bilər. İngiltərənin Türkiyəni öz tərəfinə çəkmək cəhdləri Türkiyəni Suriya kontekstində “döyüşçü” etmək potensialına malikdir”.

Ekspert hesab edir ki, İranın şiə ideologiyasına əsaslanan regional genişlənmə strategiyası Suriyadakı Əsəd rejimi vasitəsilə həyata keçirilir:

“Lakin iqtisadi sanksiyalar, daxili siyasi problemlər və regiondakı digər güclərin əks addımları bu strategiyanı kövrək edir. İranın ən böyük narahatlığı YPG və HTS kimi qrupların Amerikanın dəstəyi ilə Aralıq dənizinə qədər uzanan sünni xətti yaratmasıdır. Bu vəziyyət İranın Suriyadakı qazanclarını təhdid edə bilər. Böyük Britaniyanın Yaxın Şərqdə təsirini yenidən artırmaq cəhdləri ABŞ ilə yeni əməkdaşlıq formatının yaranmasına səbəb olur. Türkiyənin bu yeni nizamda mərkəzi aktor kimi iştirakı Yaxın Şərqin gələcəyində həlledici rol oynaya bilər.

İngiltərənin YPG-yə təsiri “təslim” ifadəsinin altında yatan strateji yenidənqurmadan xəbər verir. Bu, Yaxın Şərqdə yeni sərhəd və güc bölgüsü dövrünə səbəb ola bilər.

Suriya böhranı təkcə vətəndaş müharibəsi deyil, həm də regional və qlobal güclərin bir-biri ilə qarşılaşdığı şahmat taxtasıdır. Qısa müddətdə Türkiyə diplomatik və hərbi gedişlərlə bölgədəki təsirini artıra bilər. Lakin bu, Qərblə Rusiya arasında incə balansın saxlanmasını tələb edir.

Uzunmüddətli perspektivdə Türkiyənin sərhədyanı əməliyyatları və diplomatik təşəbbüsləri yeni regional nizamın qurulmasında mühüm mövqe qazana bilər. Lakin bu prosesdə həm İranın müqaviməti, həm də Qərbin maraqları Türkiyənin fəaliyyət sahəsini məhdudlaşdıra bilər.

Suriyanın bölünməsi və güc balansının dəyişməsi təkcə Yaxın Şərqi deyil, həm də qlobal siyasəti dəyişdirə biləcək təsirə malikdir. Bu transformasiyada Türkiyənin atdığı hər addım təkcə regional liderlik mübarizəsi deyil, həm də qlobal güc oyunlarının bir parçasıdır”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri