Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlıqdan strateji inteqrasiyaya

Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlıqdan strateji inteqrasiyaya

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Türkmənbaşı görüşünün ən mühüm nəticələrindən biri Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıqda kənar tərəfdaşdan regional iqtisadi proseslərin bilavasitə iştirakçısına və inteqrasiyaedici aktoruna çevrilməsidir. Ölkəmizin ötən il bu məşvərətləşmə formatının tamhüquqlu üzvü olması isə həmin reallığı institusional baxımdan təsdiqləyir.

İqtisadçı-ekspert İlyas Hüseynovun sözlərinə görə, Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü regionda siyasi dialoqun və iqtisadi əməkdaşlığın yeni mərhələyə keçidini nümayiş etdirən mühüm platformadır. Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq nəqliyyat, logistika, enerji, investisiya, rəqəmsal transformasiya və sənaye kooperasiyasını əhatə edən genişmiqyaslı regional əməkdaşlıq modelinə çevrildiyini göstərir.

Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb. Bu, olduqca mühüm göstəricidir. Respublikamızın ümumi xarici ticarət dövriyyəsi 2025-ci ildə 48,9 milyard ABŞ dolları təşkil edib. Bunun 24,5 milyard dolları ixracın, 24,4 milyard dolları isə idxalın payına düşüb. Lakin daha mühüm məsələ təkcə ticarətin artması deyil, həm də onun strukturunun dəyişməsidir. Dövlət başçısının çıxışında xüsusi vurğulanan 400-dən çox Mərkəzi Asiya kapitallı şirkətin Azərbaycanda fəaliyyət göstərməsi isə qarşılıqlı iqtisadi əlaqələrin artıq ticarətdən investisiya mərhələsinə keçdiyini göstərir.

İlyas Hüseynov söhbətində onu da qeyd etdi ki, Azərbaycanın son illər Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə yaratdığı investisiya fondlarının hər birinin kapitalı yüz milyonlarla dollar səviyyəsindədir. Bu mexanizmlərin gələcəkdə iqtisadi inteqrasiyanın ən mühüm vasitələrindən birinə çevrilməsi mümkündür.

Burada dövlət başçısının səsləndirdiyi bir fikir xüsusilə diqqət çəkir. Belə ki, hər bir ölkə yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməli, birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıdır. Bu, əslində, regional iqtisadi inteqrasiyanın mahiyyətidir.

Prezident İlham Əliyevin çıxışında nəqliyyat və logistika məsələsinə xüsusi yer ayrılması da təsadüfi deyil. Belə ki, bu gün Xəzər dənizi artıq Azərbaycan ilə Mərkəzi Asiya arasında sadəcə coğrafi ayrıcı deyil, əksinə, iqtisadi əlaqələndirici platformaya çevrilir. Azərbaycan son illərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, dəmir və avtomobil yollarına, eləcə də hava limanlarına böyük investisiyalar yatırıb.

Xəzərin hər iki sahilində formalaşan nəqliyyat infrastrukturu Mərkəzi Asiya ölkələrini Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına bağlayan logistika sisteminin əsas elementləridir. Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcmi 2025-ci ildə 10 faizdən çox, 2026-cı ilin ötən 8 ayında isə, təxminən, 20 faiz artıb. Bu artımın strateji əhəmiyyəti ondan ibarətdir ki, Orta Dəhliz alternativ nəqliyyat marşrutu olmaqla bərabər, həm də Avrasiya ticarət sisteminin yeni dayaq xətlərindən birinə çevrilir.

Azərbaycan üçün burada əlavə iqtisadi üstünlük ondan ibarətdir ki, ölkəmiz tranzit ərazi olmaqla bərabər, logistika, anbar, gömrük, sığorta, maliyyə, rəqəmsal xidmətlər və istehsal zəncirlərinin iştirakçısı kimi əlavə iqtisadi dəyər yaradır. Bu dəyərin böyük hissəsi isə ölkə və region daxilində formalaşaraq iqtisadiyyatın sürətli inkişafını şərtləndirir.

Prezidentin çıxışında diqqətçəkən digər bir istiqamətə toxunan iqtisadçı-ekspert onu da bildirdi ki, Xəzər dənizinin dibi ilə fiber-optik infrastrukturun inkişafı gələcəkdə yalnız telekommunikasiya imkanlarının genişləndirilməsi demək deyil. Bu layihə Azərbaycan və Mərkəzi Asiyanın rəqəmsal iqtisadiyyatlarının bir-birinə bağlanması baxımından strateji əhəmiyyət daşıyır. Növbəti mərhələdə bu infrastrukturu rəqəmsal ticarət, elektron gömrük, elektron logistika, “fintech”, süni intellekt, bulud texnologiyaları və məlumat mərkəzləri ilə əlaqələndirmək mümkündür.

Beləliklə, XXI əsrin İpək Yolu yalnız dəmir və avtomobil yollarından ibarət olmayacaq. Onun fiziki və rəqəmsal komponentləri paralel inkişaf edəcək. Türk dünyası üçün növbəti strateji hədəflərdən biri də məhz vahid rəqəmsal iqtisadi məkanın formalaşdırılması olacaq. Bununla bərabər, elektron imzanın qarşılıqlı tanınması, rəqəmsal gömrük sistemlərinin inteqrasiyası, elektron ödənişlərin həyata keçirilməsi reallaşacaq, rəqəmsal identifikasiya və transsərhəd elektron ticarətin inkişafı sürətlənəcək.

Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının digər strateji istiqaməti enerjidir. Hazırda Türkmənistan və Qazaxıstanın neft resurslarının Azərbaycan ərazisi vasitəsilə dünya bazarlarına çıxarılması Xəzərin iki sahilini vahid enerji-logistika sistemində birləşdirir. Lakin qarşıdakı dövrdə daha böyük potensial bərpaolunan enerji və “yaşıl” enerji dəhlizlərindədir. Beləliklə, Xəzər regionunda neft və qazın daşınmasına əsaslanan enerji əməkdaşlığından elektrik enerjisi, yaşıl hidrogen və rəqəmsal enerji şəbəkələrini əhatə edən yeni enerji inteqrasiyasına keçid mümkündür.

V.BİNYATOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2026 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see325

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see291

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see274

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see268

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see267

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see249

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see246

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see246

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see245

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see241

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see235

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see235

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see231

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see229

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see229

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see220

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see198

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see196

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see190

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri