Icma.az
close
up
RU
Mərkəzi Asiya və Qafqaz üzrə Balıqçılıq və Akvakultura Komissiyasının Texniki Məsləhət Komitəsinin yeddinci iclası keçirilir

Mərkəzi Asiya və Qafqaz üzrə Balıqçılıq və Akvakultura Komissiyasının Texniki Məsləhət Komitəsinin yeddinci iclası keçirilir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 14 may, AZƏRTAC

Mayın 13–dən 15-dək Bakı şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Asiya və Qafqaz üzrə Balıqçılıq və Akvakultura Komissiyasının (CACFish) Texniki Məsləhət Komitəsinin (TAC) yeddinci iclası keçirilir. Tədbirdə region ölkələrinin nümayəndələri, beynəlxalq təşkilatlar, qeyri-hökumət qurumları, sahə üzrə mütəxəsislər və özəl sektor təmsilçiləri iştirak edirlər.

Aqrar Xidmətlər Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə son dövlərlərdə ölkədə balıqçılıq və akvakultura sahəsində aparılan institusional islahatlar və Kənd Təsərrüfatı Nazirlinin tabeliliyində yeni yaradılmış Balıqçılıq və Akvakultura Mərkəzi Publik Hüquqi Şəxsin fəaliyyəti barədə məlumatlar verilib, mərkəzin dayanıqlı idarəetmə üzrə hədəfləri region ölkələrinin nümayəndələri ilə bölüşülüb.

İclas zamanı FAO tərəfindən qəbul olunmuş Dayanıqlı Akvakultura üzrə Qlobal Təlimatların (GSA) təqdimatı və tətbiq yolları, akvakulturada zonalaşdırma və sahə seçimi ilə bağlı beynəlxalq tövsiyələrin müzakirəsi, balıqçılıq alətləri və balıq ovu üzrə üzrə məlumat təhlili informasiya sisteminin yaradılması istiqamətində görülən işlər, CACFish-in 2025–2027-ci illər üzrə intersessiya iş planının ilkin layihəsi, region ölkələrinin milli hesabatları və cari fəaliyyətləri üzrə təcrübə mübadiləsi mövzular üzrə müzakirələr aparılır. Həmçinin tədbir çərçivəsində iştirakçılar tərəfindən texniki və elmi tövsiyələr formalaşdırılır və gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir.

Tədbir çərçivəsində iştirakçılar Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təşkil olunan panel müzakirələrdə iştirak edərək regional əməkdaşlıq, ölkədə özəl sektorda akvakultura sahəsində görülən işlər barəsində müzakirələr aparacaq və balıqçılıq və kənd təsərrüfatı sahəsində tətbiq olunan innovativ texnologiyalarla tanış olacaqlar.

Qeyd edək ki, keçirilən tədbir regional əməkdaşlığın gücləndirilməsi, su bioresurslarının davamlı istifadəsi və elmi əsaslı qərarların qəbuluna töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see300

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see211

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see172

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see144

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see129

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see123

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri