Icma.az
close
up
RU
Azərbaycanın Məşvərət Görüşünə qoşulması Mərkəzi Asiyada yeni strateji arxitektura yaradır ŞƏRH

Azərbaycanın Məşvərət Görüşünə qoşulması Mərkəzi Asiyada yeni strateji arxitektura yaradır ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında son illərdə formalaşan əməkdaşlıq artıq, sadəcə, ikitərəfli münasibətlər çərçivəsində qalmır, bu, regional siyasi arxitekturanın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu gün region ölkələrinin münasibətləri yalnız coğrafi yaxınlıq üzərində deyil, tarixi, mədəni və mənəvi bağlarla dəstəklənən siyasi format üzərində qurulur. Mərkəzi Asiya uzun illər “beş ölkə” kimi təqdim olunsa da, indi bu təsnifat dəyişir. Azərbaycan artıq tamhüquqlu üzv olaraq regionun ayrılmaz hissəsinə çevrilib. Dövlət başçılarının qarşılıqlı etimada əsaslanan münasibəti, Türk dünyasının inteqrasiyasının dərinləşməsi və qlobal siyasi reallıqlar bu yaxınlaşmanı daha da gücləndirir. Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı statusu qazanıb. Bu qərar Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə qəbul edilib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O qeyd edib ki, Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyətə malikdir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır.

“Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycana göstərilən yüksək siyasi dəstək regionda yeni və daha genişmiqyaslı əməkdaşlıq mərhələsinin başlandığını təsdiqləyir. Liderlərin çıxışları Azərbaycanın həm geosiyasi mövqeyi, həm də iqtisadi-logistika imkanları baxımından formata ciddi dəyər qatdığını göstərir. Bu qoşulma Mərkəzi Asiya ilə Azərbaycan arasında strateji körpünü möhkəmləndirərək nəqliyyat, logistika və enerji sahələrində inteqrasiyanı yeni səviyyəyə çıxarır. Prezident İlham Əliyevin Orta Dəhlizin artan həcmləri ilə bağlı açıqladığı rəqəmlər Azərbaycanın tranzit imkanlarının sürətlə genişləndiyini təsdiqləyir. Paralel olaraq, region dövlətləri arasında gömrük və rəqəmsal proseslərin uyğunlaşdırılması həm iqtisadi dövriyyəni artıracaq, həm də dəhlizin qlobal rəqabət qabiliyyətini yüksəldəcək. Azərbaycanın formatda iştirakı həm Mərkəzi Asiyanın, həm də Cənubi Qafqazın beynəlxalq ticarət xəritəsində strateji rolunu gücləndirir. Bu birlik regional sabitlik, qarşılıqlı etimad və iqtisadi dayanıqlılıq üçün möhkəm təməl yaradır. Nəticədə Məşvərət Görüşü regional səviyyəni aşaraq qlobal proseslərə təsir edən real əməkdaşlıq platformasına çevrilir”, - deyə deputat vurğulayıb.

Azərbaycanın regional liderliyi möhkəmlənir

Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə genişlənib. Prezident İlham Əliyev də çıxışında qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici körpü rolunu oynayır və Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir.

“Bütün bunlar Azərbaycanın regiondakı strateji mövqeyini gücləndirir, Mərkəzi Asiya ilə əməkdaşlığı daha da dərinləşdirir və həm Cənubi Qafqaz, həm də Avrasiya məkanında təsir dairəsini genişləndirir. Azərbaycanın tərəfdaşlıq, etimad və qardaşlıq prinsiplərinə əsaslanan fəaliyyəti regionda dayanıqlı inkişaf və qarşılıqlı fayda üçün yeni imkanlar yaradır. Bu, həm Azərbaycanın regional liderliyini möhkəmləndirir, həm də əməkdaşlıq perspektivlərinin təməlini möhkəmləndirir”, - deyən Pərvin Kərimzadə fikirlərini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri