Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Mərkəzi Avropanı nə gözləyir: müharibə başa çatır, yoxsa...

Mərkəzi Avropanı nə gözləyir: müharibə başa çatır, yoxsa...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

“Köhnə qitə” sülh masasına qayıtmaq üçün hərəkətə keçdi

Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq 3 ildən çoxdur ki, qlobal təhlükəsizlik gündəminin əsas mövzusuna çevrilib. Bu müharibə tək Şərqi Avropanı deyil, bütövlükdə Mərkəzi Avropanı və Avro-Atlantik məkanı, hətta demək olar ki, bütün dünyanı (müəyyən mənada həm də ərzaq təhlükəsizliyi baxımından) yeni geosiyasi risklər qarşısında qoyub. Son günlər “Könüllülər koalisiyası”nın təşəbbüsü ilə keçirilən görüşlər, verilən sərt bəyanatlar, xüsusilə, Avropa liderlərinin Ukraynaya daha genişmiqyaslı hərbi dəstək verməyə hazır olmalarını dilə gətirməsi  müharibənin gələcək trayektoriyası barədə ciddi suallar doğurur: bu, sülhə doğru addımdır (çəkindirmə mənasında), yoxsa əksinə, münaqişə daha da qızışdırılır?

Koalisiya məqsədini açıqladı...

Ukraynaya dəstək məqsədilə yaradılmış və təxminən 30 dövlətin qoşulduğu “Könüllülər koalisiyası”nın son toplantısında da avropalı müttəfiqlər Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə və beynəlxalq ictimaiyyətə birlik mesajı göndərməyə çalışıblar. Görüş, xüsusilə iki əsas ünvana - Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampa siyasi mesaj xarakteri daşıyır. Görüşdə iştirak edən təqribən 30 dövlətin nümayəndələri Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcəklərini ifadə ediblər. Qərb mətbuatı Fransa paytaxtında keçirilən görüşün ABŞ administrasiyasının Avropa ölkələrinə göstərdiyi təzyiqlər fonunda baş tutduğunu yazır. Belə ki, Donald Trampın Qərb ölkələrini Ukraynaya daha çox dəstək verməyə çağırması və Avropanın məsuliyyəti üzərinə götürməli olduğunu bildirməsi, koalisiyanın birgə mövqe formalaşdırmaq zərurətini gündəmə gətirib. Kanada, Avstraliya və digər müttəfiq ölkələrin dəstəyi ilə keçirilən tədbirdə Ukraynaya yönəlik strateji dəstəyin uzunmüddətli olacağı və koalisiyanın gələcəkdə də fəaliyyətdə qalacağı vurğulanıb. Koalisiyanın əsas müzakirə mövzusu Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri olub. Çünki bu zəmanətlərin hüquqi və siyasi etibarlılığı ilə bağlı mübahisələr mövcuddur. Ukrayna cəmiyyəti, xüsusilə 1994-cü ildə imzalanmış Budapeşt Memorandumunun Rusiya tərəfindən pozulmasını nəzərə alaraq, yeni zəmanətlərə ehtiyatla yanaşır. Ekspertlər bildirirlər ki, hərbi və texniki yardımın davamlılığı Ukraynanın müqavimət qabiliyyəti üçün həlledici rol oynayır. Digər tərəfdən, Paris görüşü Qərb ölkələrinin Ukraynaya dəstək məsələsində birliyini nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir. Amma burada da açıq suallar çoxdur - qarşıdan gələn dövr həm bu dəstəyin davamlılığını, həm də Kremlin vaxt silahına qarşı dayanmaq qabiliyyətini müəyyən edəcək. Qərbin konkret və praktiki addımlar atması Ukraynanın müdafiə imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edə bilər.

Bir çox Qərb siyasətçiləri iddia edirlər ki, müzakirələrin digər bir məqsədi Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, ABŞ Prezidenti Donald Trampa mesaj idi. Bu addım həm Moskvanın mümkün eskalasiyalarına qarşı preventiv cavab kimi təqdim edilir, həm də Vaşinqtonun son aylarda yumşaldılmış ritorikasına qarşı Avropanın sərt mövqeyini ifadə edir. Koalisiyanın əsas mesajı: “Ukraynanın suverenliyi və ərazi bütövlüyü danışıqsızdır, Avropa geri çəkilməyəcək” şəklindədir...

Avropa dilemma qarşısında...

Digər diqqət yetiriləsi məqam, koalisiyanın aparıcı simalarının oratya qoyduğu mövqedir. Məsələn, Fransa prezidenti Emmanuel Makron Parisdə təşkil olunan koalisiya danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib ki, bu gün 26 ölkə rəsmi olaraq Ukraynaya dəstək qüvvəsi kimi qoşun yerləşdirməyi və ya atəşkəs və ya sülhün bərqərar olmasının ertəsi günü Ukrayna ərazisində bu dəstəyi təmin etmək üçün quruda, dənizdə və ya havada mövcudluğunu təmin etməyi öhdəsinə götürüb. Onun sözlərinə görə, Ukrayna ərazisində hərbi kontingentin formalaşdırılması Rusiyaya qarşı müharibə aparmaq məqsədi daşımır, lakin bu qüvvələr sülhə zəmanət və aydın strateji siqnal verməlidir. O, həmçinin vurğulayıb ki, bu qüvvələr cəbhə xəttində yerləşdirilməyəcək, hələlik müəyyənləşən müəyyən ərazilərdə olacaqlar.

Almaniya da öz növbəsində Ukrayna üçün təhlükəsizlik təminatları çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsini, silah təchizatını və təlimini genişləndirməyə hazırdır. Berlin mümkün hərbi missiyada iştirakla bağlı qərarını çərçivə şərtləri dəqiqləşdirildikdən sonra müvafiq vaxtda qəbul edəcək. Kansler Merts qeyd edib ki, çərçivə şərtlərinin dəqiqləşdirilməsi ABŞ-ın iştirakından və danışıqlar prosesinin nəticələrindən asılıdır. O vurğulayıb ki, Almaniya “Könüllülər koalisiyası”ndakı tərəfdaşları ilə birlikdə Kiyevi dəstəkləməyə davam edəcək.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen isə bildirib ki, güclü və yaxşı təchiz edilmiş silahlı qüvvələr Ukraynanın ilk müdafiə xətti olmalıdır. AK rəhbərinin sözlərinə görə, Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü və təlimi davam etdirəcək, artıq 90 minə yaxın Ukrayna əsgərinə təlim keçilib. O vurğulayıb ki, Avropanın gələcəyi Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən asılıdır. Qeyd olunub ki, Avropanın müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilib: 150 milyard avroluq SAFE fondu 19 Aİ ölkəsi tərəfindən tam razılaşdırılıb, yeni Avropa büdcəsində isə müdafiə sənayesi və Ukraynaya investisiyalar prioritet olacaq.

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə deyib ki, “Könüllülər koalisiyası”na daxil olan ölkələr Ukraynaya uzaqmənzilli raketlər təqdim edəcək. Baş nazir hansı silah sistemlərinin nəzərdə tutulduğunu açıqlamayıb. Kanada da Ukraynada atəşkəs və davamlı sülhü dəstəkləmək üçün birbaşa və genişləndirilə bilən hərbi yardım göstərməyə hazır olduğunu deyir.

Siyasi texnoloqlar isə verilən bəyanatları real hərbi müdaxilə hədəsindən çox, siyasi təzyiq aləti kimi qiymətləndirir. Avropa bu bəyanatla iki məqsəd güdür:

- Rusiyaya mesaj: Avropa artıq yalnız silah yardımı ilə kifayətlənməyəcək, potensial olaraq əsgər də göndərə bilər.

- ABŞ-a mesaj: Avropanın sülh danışıqlarında ikinci plana keçirilməsinə imkan verilməyəcək.

Bu, əslində, Avropanın müharibəni dayandırmaq deyil, Rusiyanın mövqelərini zəiflətməklə “məcburi sülh” ssenarisinə yönəldiyini göstərir - amma Aİ özünün masadan uzaqlaşdırılması ilə razılaşmır. Ursula fon der Leyenin fikirləri Avropanın uzunmüddətli strateji hədəfini açıq göstərir: Rusiyanın hərbi ekspansiyasını Qərbin sərhədlərində əbədi bloklamaq. Bu, artıq yalnız müharibənin gedişinə deyil, post-müharibə Avropasının yeni təhlükəsizlik arxitekturasına hesablanmış bir addımdır.

Britaniya baş nazirinin Ukraynaya uzaqmənzilli raketlərin verilməsi haqda açıqlaması isə müharibənin coğrafiyasının genişlənə bilmə ehtimalı ilə bağlı xəbərdarlıqdır. Bu, Avropanın Rusiyanın dərin arxa cəbhəsini hədəfə ala bilmə ehtimalı haqda “incə” bildirişdir.  Kanadanın da məsələnin nüvəsində yer almaq istəyi NATO daxilində Avropadan kənar mövqenin də vahid olmadığını ortaya qoyur - ABŞ “sülh təşəbbüsü”nü gündəmə gətirsə də, müttəfiqlər bu prosesdən kənarda qalmaq istəmir.

NATO-Rusiya müharibəsi ehtimalı...

Bəli, NATO-nun mövqeyi bu məsələdə olduqca vacib əhəmiyyət daşıyacaq kimi görünür.  Müharibənin “daha da alovlanacağı” təqdirdə NATO-Rusiya qarşıdurması qaçılmaz ola bilər. NATO-nun Baş katibi Mark Rutte Praqada Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) təşkil etdiyi müdafiə sammitində Rusiyaya sərt mesaj göndərib. O bildirib ki, Moskva Qərbin Ukraynaya qoşun göndərib-göndərməməsinə qərar verən tərəf deyil. R?tte vurğulayıb: “Niyə bizi Rusiyanın Ukrayna haqqında nə düşündüyü maraqlandırmalıdır? Ukrayna suveren dövlətdir. Ukraynanı nə müəyyənləşdirəcəyinə qərar vermək Rusiyanın işi deyil. Finlandiya NATO-ya üzv olmaq üçün Rusiyadan icazə almadı. Əgər Ukrayna sülhün dəstəklənməsi üçün təhlükəsizlik qüvvələri görmək istəyirsə, bu onların seçimidir.”

Baş katib xatırladıb ki, avqustun sonunda Avropa liderlərinin Ağ Evdə keçirilən görüşündən sonra Ukraynaya təhlükəsizlik zəmanətləri üzərində iş sürətlənib. NATO rəhbəri həmçinin Trampın müharibəni dayandırmaq və alyansın yenidən silahlanma səylərini gücləndirmək istiqamətindəki təşəbbüslərini yüksək qiymətləndirib.

Rusiyanın Rutteyə cavabı da oxşar olub.  Belə ki, Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib ki, NATO qoşunları Ukrayna ərazisində peyda olarsa, Rusiya onlara hücum edə bilər. “NATO qoşunları Ukraynada görünsələr, Rusiya ordusu üçün qanuni hədəflər olacaq. Ukraynada sülh əldə olunduqdan sonra isə orada Qərb qoşunlarının yerləşdirilməsinə ehtiyac qalmayacaq”, - Putin bildirib.

Görünən budur ki, ABŞ Prezidenti Donald Trampın son aylarda daha çox sülhə doğru diplomatik mesajlar göndərməsi Avropanın maraqları ilə uzlaşmayıb - Avropa, xüsusilə NATO daxilindəki  Avropa ölkələri ABŞ-dan müstəqil hərbi-siyasi güc mərkəzi kimi çıxış etmək, özünü təsdiqləmək istəyir. Ortadakı ən təhlükəli sual isə məhz bu məqamda üzə çıxır - proseslər NATO ilə Rusiya arasında birbaşa müharibəyə gətirib çıxara bilərmi? Avropa dövlətlərinin bir qisminin Ukraynaya qoşun yerləşdirməsi fikri, Ruttenin də bunu dolayısı ilə dəstəkləməsi faktiki NATO-nun müharibəyə cəlb edilməsi deməkdir. Rusiya isə öz mövqeyində qəti görünür - Ukraynada Qərb hərbçilərinin iştirakı Moskva üçün “NATO ilə müharibə” bərabərindədir. Bu isə Mərkəzi Avropa üçün ən böyük riskdir - region yeni “soyuq müharibə” deyil, “isti müharibə”nin ön cəbhəsinə çevrilə bilər. Bir çox siyasi mütəxəssislərin fikrincə, bu proseslərin fonunda Mərkəzi Avropanı qarşıda iki yol gözləyə bilər:

- ABŞ-ın təşəbbüskarlığı ilə ortaya çıxan sülh kampaniyası nəticəsində Rusiya ilə Qərb arasında kompromis tapılarsa, bölgə sabitliyə doğru addım ata bilər.

- Avropanın sərt mövqeyi üstünlük qazanarsa, müharibə daha da alovlana, NATO ilə Rusiya toqquşması riskini artıraraq Mərkəzi Avropanı yeni geosiyasi böhranın episentrinə çevirə bilər.

Nəzərə alsaq ki, həm Rusiya, həm də Ukrayna hazırki mövqelərindən geri çəkilmək, başqa sözlə, kompromisə getmək istəmirlər, sülh danışıqları hələ uzaq görünür.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Sentyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri