Mərkəzi Bank “Amay TM”dəki 260 m² sahəsi olan əmlakını cəmi 190 minə satıb
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Mərkəzi Bankının balansında olan iki qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satılıb.
Yeniavaz.com xəbər verir ki, hərracda satılan əmlakların hər ikisi Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında – “Amay TM”də yerləşir.
“Amay TM”nin 6-cı mərtəbəsində 183 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsi 128 000 manata, 7-ci mərtəbəsində 74,2 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsi isə 60 000 manata satılıb. Beləliklə, həmin obyektlərdən birinin bir kvadratmetrinin satış qiyməti 699 manat, digərinin bir kvadratmetrinin satış qiyməti usə 809 manat olub.
Məlumat üçün bildirək ki, hərrac vasitəsilə satılan obyektlərin qiyməti real bazar qiymətlərindən dəfələrlə aşağıdır. Hazırda daşınmaz əmlak üzrə ölkənin ən populyar elan saytlarında “Amay TM”nin yerləşdiyi ərazidə (Xətai metro stansiyasının ətrafı) ən aşağı qiymətə təklif olunan obyektin bir kvadratmetrinin satış qiyməti təxminən 1 700 manat təşkil edir. Bu ərazidə alıcılara təklif olunan ən bahalı obyektin bir kvadratmetrinin satış qiyməti isə təxminən 6 000 manata bərabərdir.
Cəmi bir həftə əvvəl “Amay TM”nin 7-ci mərtəbəsində yerləşən və 120 kvadratmetr sahəsi olan obyekt isə alıcılara 360 000 manata (bir kvadratmetri 3000 manat) təklif olunub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:İstanbulda TM dəki yanğın böyüdü, partlayışlar var
02 Sentyabr 2025 10:41
Mərkəzi Bankın əmlakını “PAŞA Sığorta” sığortalayacaq
16 Sentyabr 2026 13:18
Mərkəzi Bankın “AMAY”dakı ofisləri satışa çıxarılır SİYAHI QİYMƏTLƏR
21 İyul 2026 17:31
Polkovnikleytenant əmlakını satıb 700 mini ÖDƏDİ
06 Noyabr 2024 18:27
Polkovnikleytenant əmlakını satıb 700 mini ödədi
06 Noyabr 2024 18:20
Baxış sayı:125
Bu xəbər 25 Avqust 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















