Mərkəzi Bank banklara yaşıl və dayanıqlılıq la əlaqəli yeni tələblər planlaşdırır
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Banklarda Kredit Risklərinin İdarə Edilməsi Qaydası və Korporativ İdarəetmə Standartlarına yaşıl və dayanıqlılıqla əlaqəli kredit meyarları və ekoloji, sosial və İdarəetmə (ESİ) risk idarə tələblərinin daxil edilməsi planlaşdırılır.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankının “Dayanıqlı maliyyə hesabatı”na istinadən xəbər verir.
Qeyd edilib ki, bu addım bankların verdikləri kreditlərdə ətraf mühit və sosial məsuliyyət meyarlarını nəzərə almalarını təmin edəcək. Eyni zamanda, ESİ Risk Radar layihəsinin həyata keçirilməsi ilə bu risklərin erkən aşkarlanması və monitorinqi sistemi qurulacaq.
“Əlavə olaraq, fiziki iqlim risklərinin müəyyənləşdirilməsi planlaşdırılır və keçid risklərinin təsirinin öyrənilməsi üzrə məlumat boşluqlarının aradan qaldırılması məqsədilə Yol Xəritəsi hazırlanaraq icrasına başlanılacaqdır. Bu tədbirlər, maliyyə sektorunun iqlim və sosial risklərə qarşı daha dayanıqlı olmasını təmin edəcək və uzunmüddətli sabitliyi dəstəkləyəcək” - məlumatda qeyd edilib.
Baxış sayı:111
Bu xəbər 30 Aprel 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















