Icma.az
close
up
RU
Mərkəzi Bank BFByə rəsmi xəbərdarlıq etdi

Mərkəzi Bank BFByə rəsmi xəbərdarlıq etdi

Azərbaycan Mərkəzi Bankı “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “APA-Economics”ə AMB-dən bildirilib.

Məlumata görə, Mərkəzi Bank tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Bakı Fond Birjası” QSC-nin “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 46. 2 və 46. 3-cü maddələrinə riayət etmədiyi müəyyənləşdirilib.

Qeyd edək ki, sözügedən maddələrə əsasən BFB-nin daxili qaydaları və ya onlara edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən etibarən beş iş günündən gec olmayaraq açıqlanmalıdır və Mərkəzi Banka təqdim etməlidir. BFB isə bu qaydaya riayət etməyib.

seeBaxış sayı:20
embedMənbə:https://globalinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri