Icma.az
close
up
RU
Mərkəzi Bank DİN dən kart oğruluğu ilə bağlı açıqlama verməməyi xahiş edib

Mərkəzi Bank DİN dən kart oğruluğu ilə bağlı açıqlama verməməyi xahiş edib

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İddialara görə, Mərkəzi Bank DİN-dən kart oğruluğu ilə bağlı açıqlamalar verməməyi xahiş edib“.

AzPost bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, DİN  bank kartları ilə bağlı kibercinayətlərin statistikasının açıqlanmasını dayandırıb.

Bir zamanlar DİN hər gün bank kartları ilə bağlı kibercinayətlərin statistikasını paylaşırdı. Bu açıqlamalar cəmiyyətin diqqətini çəkir, insanları maarifləndirir, hər kəsi daha ehtiyatlı olmağa vadar edirdi. DİN bu məlumatları həm özündə toplanan datalardan, həm də banklarla DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi arasında real vaxtda çalışan sistemdən əldə olunan datadan istifadə etməklə paylaşırdı. Yəni qurum mövcud datadan həm də maarifçilik, hesabatlılıq və şəffaflıq üçün çox effektiv şəkildə istifadə edirdi. Media da bu məlumatları ictimailəşdirməklə profilaktika işlərində mühüm rol oynayırdı.  Amma birdən-birə DİN bu açıqlamaları dayandırdı. Belə ictimai əhəmiyyət daşıyan məlumatların paylaşılmasının kəsilməsi olduqca düşündürücü və təəssüf doğurucudur”-deyə ekspert vurğulayıb.

Görəsən, nə üçün bu açıqlamalar dayandırılıb?

“İddialara görə, Mərkəzi Bank bu məlumatların bankların nüfuzuna kölgə saldığını bildirib və DİN-dən bu açıqlamaları verməməyi xahiş edib. Xatırlayıram ki, Mərkəzi Bank rəhbərliyi ilə bir müddət öncəki görüşdə də bu məsələyə toxunulmuşdu. O zaman MB nümayəndələri bank kartları ilə bağlı kibercinayətlərin statistikalarının gündəlik deyil, aylıq təqdim olunacağını bəyan etmişdilər. Lakin hələlik görünən odur ki, DİN-in gündəlik açıqlamaları dayanıb və Mərkəzi Bank ilə birgə vəd edilən aylıq statistika da ortada yoxdur”-deyə ekspert vurğulayıb.

O.Gündüz deyib ki, nəticədə cəmiyyət, media və vətəndaşlarımız baş verən kibercinayətlərdən xəbərsizdir, bu sahədə tendensiyanı izləyə bilmirlər, nədən ehtiyat etməli olduqlarını bilmirlər:

“Düşünürəm ki, ictimai əhəmiyyət kəsb edən belə məlumatların gizlədilməsi doğru yanaşma deyil.

Bu məsələyə sadəcə bankların imici prizmasından baxmaq düzgün olmaz. Bu, birbaşa vətəndaşların təhlükəsizlik məsələsidir. Problemin gizlədilməsi çıxış yolu deyil – əksinə, banklar öz təhlükəsizlik sistemlərini gücləndirməli, maarifləndirmə işlərinə daha çox resurs ayırmalıdır. Bu tip məlumatlar cəmiyyət üçün, ictimai nəzarət üçün olduqca vacibdir. Ümid edirəm ki, DİN və Mərkəzi Bank ən qısa zamanda bu boşluğu aradan qaldıracaq və ictimaiyyəti müntəzəm olaraq real vəziyyətdən xəbərdar edəcəklər”-deyə O.Gündüz vurğulayıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Sentyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see195

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see176

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see155

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see137

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri