Icma.az
close
up
RU
Mərkəzi Bank jurnalistlərə təlim keçib

Mərkəzi Bank jurnalistlərə təlim keçib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Sentyabrın 12-də Azərbaycan Mərkəzi Bankı (AMB) media nümayəndələrinə BOKT-lar (bank olmayan kredit təşkilatları) barədə məlumatlılığının və peşəkar bacarıqlarının artırılması məqsədilə “BOKT-lar: tənzimləmə çərçivəsi və bazarın transformasiyası” mövzusunda təlim keçirib.

Məşğələ zamanı bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə sektorunda rolu, fəaliyyətinin tənzimlənməsi və nəzarət çərçivəsi, eləcə də son dövrdə bu bazarda baş verən dəyişikliklər barədə media nümayəndələrinə ətraflı məlumat verilib. Bundan əlavə, BOKT sektorunun cari inkişaf istiqamətləri və tənzimləmə yanaşmalarının təkmilləşdirilməsi, eləcə də maliyyə icarəsi ilə bağlı əsas məqamlar iştirakçıların diqqətinə çatdırılıb.

Təlimdə AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov da çıxış edib. O, istehlak kreditləri ilə bağlı ehtiyat tələblərinin biznes kreditləri ilə müqayisədə daha sərt olduğunu söyləyib. Biznes kreditləri ilə bağlı tələblərimiz isə daha yumşaqdır. Bu məsələdə məqsədimiz BOKT-ların biznes kreditlərini, xüsusilə mikro və biznes kreditlərini təşviq etməsidir. Çünki BOKT-ların əvvəlki dövrdə ehtiyatlanmasına baxsaq, burada belə yanaşma olmayıb, kreditlər arasında hər hansı bölgü aparılmayıb. Yəni istehlak və biznes kreditləri arasında fərq qoyulmayıb. İndiki yanaşmada isə istehlak, biznes və digər kreditlərə fərqli yanaşırıq.

Bildirilib ki, bu məsələdə AMB-nin məqsədi biznes kreditlərinin həcminin artırılmasıdır. BOKT istehlak krediti verdikdə onun daha çox xərci yaranır. Azərbaycanda bank olmayan kredit təşkilatlarının öhdəliklərinin kapitala nisbəti ilə bağlı 3 hədd müəyyən edilib.

Direktor daha sonra qeyd edib ki, bu zaman 1, 3 və 10 misli hədləri müəyyən olunub. Ölkədə BOKT sektorunun milli valyutada istehlak kreditlərinin orta faiz dərəcəsi müəyyən edilmiş qaydada AMB tərəfindən rüblük əsasda hesablanır və hər rübdən sonrakı ayın 30-na kimi Bankın rəsmi internet səhifəsində açıqlanır: “Belə ki, BOKT-nin öhdəliklərinin cəmi kapitalının 10 mislindən çox olmamalıdır. BOKT-nin kredit portfelinin 25-50 faizini təşkil edən kreditlərin faktiki illik faiz dərəcələri BOKT sektorunda milli valyutada istehlak kreditlərinin orta faiz dərəcəsinin 1,25 mislindən çox olduğu halda BOKT-nin öhdəliklərinin cəmi kapitalının 3 mislindən çox olmamalıdır. BOKT-nin kredit portfelinin 50 faizdən çox olan hissəsini təşkil edən kreditlərin faktiki illik faiz dərəcələri BOKT sektorunda milli valyutada istehlak kreditlərinin orta faiz dərəcəsinin 1,25 mislindən çox olduğu halda BOKT-nin öhdəliklərinin cəmi kapitalının 1 mislindən çox olmamalıdır”.

Departament rəhbəri sonda deyib ki, hazırda bu istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35 faizdir: “Bu sahədə məqsəd isə cəlb olunan vəsaitin daha yüksək faizlərlə müştərilərə təqdim edilməsinin qarşısını almaqdır. Məsələn, BOKT-un portfelində kreditlərin faktiki faiz dərəcələri yuxarıda qeyd olunan hədlərdədirsə və kapitalı 5 milyon manatdırsa, onun öhdəlikləri 5 milyon və ya 15 milyon manat səviyyəsində olmalıdır. Lakin BOKT-un istehlak kreditləri üzrə faiz dərəcəsi açıqlanan istehlak kreditlərinin orta faiz dərəcəsinin 1,25 misli həddini keçmirsə, bu halda 10 mislinə qədər öhdəlik cəlb edə bilər”.

Sessiya çərçivəsində sektorda məsuliyyətli kreditləşmə prinsiplərinin təşviqi, istehlakçıların hüquqlarının qorunması və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat təqdim olunub.

İnteraktiv müzakirələrlə davam edən tədbirdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

M.FİRİDUNOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri