Icma.az
close
up
RU
Mərkəzi Bank kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri açıqlanıb

Mərkəzi Bank kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri açıqlanıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 21 may, AZƏRTAC

Mərkəzi Bank tərəfindən 2025-ci ilin I rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri açıqlanıb.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, sorğu nəticələrinə əsasən, 2025-ci ilin I rübündə biznes və ipoteka kreditləri üzrə bankların kreditləşmə siyasətində dəyişiklik olmasa da, istehlak kreditləri üzrə standartlarda sərtləşmə müşahidə edilib. Banklar biznes və istehlak kreditlərinə tələbdə dəyişiklik olmadığını, ipoteka kreditləri üzrə isə tələbdə artım olduğunu bildirib.

Sorğuya əsasən, banklar 2025-ci ilin II rübündə cəmi biznes və ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayacağı, bununla belə, istehlak kreditləri üzrə sərtləşmə trendinin davam edəcəyi qənaətindədirlər. Banklar növbəti rübdə ipoteka və istehlak kreditlərinə tələbdə dəyişiklik olmayacağı, biznes kreditlərinə tələbdə isə artım olacağı ilə bağlı gözləntilərini bölüşüb. Bankların cavablarına əsasən, maliyyələşmə mənbələrində fiziki və hüquqi şəxslərin müddətli depozitləri üzrə artım müşahidə olunub. Respondentlər növbəti rübdə də bu istiqamətdə müsbət dinamikanın davam edəcəyini düşünür.

Hesabatda sorğu nəticələrinə əsasən qeyd olunur ki, banklararası rəqabətin artması şəraitində fiziki və hüquqi şəxslərin tələbli və müddətli depozitləri üzrə maliyyələşmə dəyərində artım müşahidə olunub. Banklar növbəti rübdə də eyni tendensiyanın davam edəcəyi qənaətindədirlər.

Qeyd edək ki, sektorun kreditləşmə və maliyyələşmə fəaliyyətində dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.

2025-cü ilin I rübü üzrə “Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri” ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: https://uploads.cbar.az/assets/8a67a2e8a611d1c0187f4456e.pdf 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri