Mərkəzi Bank maliyyə bazarında rəqəmsallaşmanı daha da artırmağa çalışır
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarında rəqəmsallaşmanın müəyyən səviyyəsinə nail olsa da, bu istiqamətdə işlər daha da genişləndirilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən “ICPC Dünya Finalı 2025”ə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın əsas məqsədi maliyyə bazarının davamlı inkişafına dəstək verməkdir.
“Əgər son illərə nəzər salsaq, görərik ki, inkişafın əsas hərəkətverici qüvvəsi məhz rəqəmsallaşmadır. Bu gün istər yeni layihələr, istərsə də məhsul və xidmətlər əsasən rəqəmsal kanallar vasitəsilə təqdim olunur. Hazırda bizim rəqəmsal sahədə istedadlı kadrlara ciddi ehtiyacımız var. Artıq müəyyən səviyyəyə çatmışıq, lakin bunu daha da artırmaq vacibdir”, - deyə AMB sədrinin müavini qeyd edib.
Vüsal Xəlilov əlavə edib ki, Mərkəzi Bankın beynəlxalq müsabiqəni dəstəkləməsinin əsas səbəblərindən biri yeni istedadların inkişafına təkan verməkdir: “Bir çox aparıcı texnologiya şirkətlərinin təsisçiləri və hərəkətverici qüvvələri arasında ICPC məzunları var. Əminik ki, bu müsabiqə maliyyə bazarının və ölkəmizin rəqəmsallaşmasının inkişafına mühüm töhfə verəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 04 Sentyabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















