Mərkəzi Bank: Mənzil bazarında köpükləmə müşahidə edilmir
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) mənzil bazarında köpükləmə müşahidə etmir.
Oxu.Az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov pul siyasətinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu ildən etibarən mənzil bazarının qiymətləri təhlil olunur və nəzarət altındadır. Hazırda qiymət artımı 10.9% təşkil edir. Tələb amili və xərc artımı bazarda qiymətlərin yüksəlməsində rol oynayır.
Taleh Kazımov vurğulayıb ki, Mərkəzi Bankın baxışı ipoteka portfelinin sektorda artmasını təmin etməkdir. Bunun üçün bir neçə təşəbbüs müzakirə olunub ki, əlavə məhsullar yaradılaraq əhalinin mənzil alma imkanları artırılsın.
Baş bankir, həmçinin qeyd edib ki, həm sosial, həm də iqtisadi baxımdan ipoteka portfelinin artması vacibdir və hazırda mənzil bazarında "köpükləmə" müşahidə edilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 22 Oktyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















