Icma.az
close
up
RU
Mərkəzi Bank məlumat yaydı KONKRET

Mərkəzi Bank məlumat yaydı KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2024-cü illə müqayisədə 2025-ci ildə 26% yüksələrək 99.1 milyard manat olub.

KONKRET.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2024-cü il ilə müqayisədə 3.4 faiz bəndi artaraq 67.6% olub. 2025-ci il ərzində POS-terminallar vasitəsilə aparılan hər 2 təmassız ödənişdən 1-i “ağıllı cihaz”lar vasitəsilə həyata keçirilib.

Əməkhaqqı və sosial kart sahiblərinin nağdsız ödənişlərdən istifadə vərdişlərində artım müşahidə olunur. Belə ki, 2025-ci ildə əməkhaqqı kartları vasitəsilə həyata keçirilən ödənişlərin 54.2%-i nağdsız formada icra olunub. Sosial kartlar vasitəsilə həyata keçirilən ödənişlərdə isə nağdsız əməliyyatların çəkisi son 3 il ərzində 9% bəndi artaraq 20%-ə bərabər olub.

2025-ci il ərzində bank müştәrilәrinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmәlәrin sayı 59.7 mln. әdәd, hәcmi isә 889.3 mlrd. manat tәşkil edib. Aparılan köçürmәlәrin say üzrә 94.4%-i, hәcm üzrә isә 82.5%-i mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb. 2025-ci il әrzindә internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi 2024-cü illә müqayisәdә 12.4% artaraq 308.9 mlrd. manat, mobil bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi isə 14.3% artaraq 73 mlrd. manat olub.

Hesab əsaslı ödənişlərdən istifadəyə imkan verən və 7/24 rejimində fasiləsiz fəaliyyət göstərən Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə icra edilən əməliyyatların sayı 2024-cü illə müqayisədə 12.5 dəfə, həcmi isə 90.1% artıb. Nağdsız ödənişlərin daha aşağı xərclərlə qəbul edilməsi imkanının yaradılması məqsədilə qanunvericilik bazasına QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılmasına dair yeni tələblər əlavə edilib, ölkə üzrə vahid AZQR kod standartının tətbiqi tələb kimi müəyyən edilib. AÖS vasitəsilə 2025-ci ilin ikinci yarımili ərzində həyata keçirilən QR ödənişlərinin sayı birinci yarımillə müqayisədə 6.2 dəfə, ödənişlərin həcmi isə 7.1 dəfə artıb. Ölkədə vahid AZQR kod standartının tətbiqi QR kod ödəniş həllinin genişlənməsini təmin etməklə, nağdsız ödənişlər üzrə formalaşan bank xərclərinin azalmasına imkan verir. Bu isə öz növbəsində milli ödəniş infrastrukturunun imkanlarından effektiv istifadəni təmin edir və lokal ödəniş həllərinin əhatəliliyinin artmasına şərait yaradır.

2025-ci il ərzində rəqəmsal ödənişlərin inkişafına təkan verən nəqliyyat layihəsi uğurla icra edilib. Bakı şəhərində ictimai nəqliyyatda, o cümlədən nağdsız ödəniş sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında və Bakı Metropoliteninin bütün stansiyalarında gediş haqlarının təmassız ödənişləri dəstəkləyən bütün bank kartları, eləcə də mobil cihazlar vasitəsilə ödənilməsi imkanı yaradılıb. Bu həll ənənəvi ödəniş vasitələrindən asılılığı aradan qaldıraraq, istifadəçilərə ictimai nəqliyyatda bank kartları və mobil cihazlar ilə sürətli və təhlükəsiz ödəniş imkanı təqdim edir. Layihənin icrası, eyni zamanda, turistlər tərəfindən lokal nəqliyyat kartı əldə etmək zərurətini aradan qaldıraraq, ictimai nəqliyyatda beynəlxalq brendli təmassız kartlarla ödəniş etmək imkanını təqdim edib.

Mərkəzi Bank ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidi, keyfiyyəti və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün dövlət qurumları, banklar, fintexlər və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətini davam etdirir./modern.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Mart 2026 00:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri