Baş məşqçi Aleksey Kaşukun Ukrayna millisində debütündən danışdı
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Kaşuk" öz klubunda da təxminən eyni mövqedə çıxış edir. Onun debütünü nəzərə alsaq, o, olduqca yaxşı oyun nümayiş etdirdi. Hətta təşəbbüsü öz üzərinə götürdüyü iki epizod sayəsində qol vurmaq üçün iki imkan yarada bildi". Sport24.az xəbər verir ki, bu sözləri Ukrayna millisinin baş məşqçisi Andrea Maldera Millətlər Liqasının V turu çərçivəsində dünən baş tutan Şimali İrlandiya ilə matçdan sonra Aleksey Kaşukun yığmada debütünü dəyərləndirərkən deyib.
Baş məşqçi "Qarabağ"ın futbolçusunun müdafiənin cinahında oynaması məsələsinə də aydınlıq gətirib:
"Onun beşli müdafiənin cinah müdafiəçisi (wing-back) kimi çıxış etməinə gəlincə, biz rəqibin çox da boşluq olmayan mərkəzi blokunu keçməyə çalışırdıq. Bəzən buna nail olduq, bəzən isə yox. Lakin düşünmürəm ki, yaranan problemlər məhz taktiki sxemdən qaynaqlanırdı. Biz çox az risk etdik və oyun əsasən fərdi qarşıdurmalar, təkbətək mübarizələr üzərində cəmləşmişdi".
Qeyd edək ki, Ukrayna millisi Millətlər Liqasının V turunda səfərdə Şimali İralandiyaya 0:1 hesabı ilə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 15 Noyabr 2026 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















